Kərəm Həsənov Hacıqabulda rayon ictimaiyyəti və fəalları ilə görüşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Kərəm Həsənov Hacıqabulda rayon ictimaiyyəti və fəalları ilə görüşüb

16:48 - 29 / 01 / 2016
Kərəm Həsənov Hacıqabulda rayon ictimaiyyəti və fəalları ilə görüşüb

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 29 yanvar 2016-cı il tarixində Hacıqabulda rayon ictimaiyyəti və fəalları ilə görüşüb.

1news.az-ın məlumatına görə, görüşdə ölkə prezidenti tərəfindən ötən ilin yekunları və regionların sosial-iqtisadi inkişafı ilə bağlı keçirilən müşavirələrdə verilən tapşırıqlar, ötən il görülən işlər və bu il üçün nəzərdə tutulan inkişaf tədbirləri barədə məlumat verilib.

Qeyd olunub ki, ötən il dünyada baş verən iqtisadi böhran Azərbaycana təsirsiz ötüşməsə də, ölkə başçısı möhtərəm cənab İlham Əliyev tərəfindən aparılan uğurlu iqtisadi islahatlar nəticəsində ölkəmiz inkişaf dinamikasını saxlaya bilib.

Ölkə prezidentinin rəhbərliyi ilə aparılan genişmiqyaslı islahatlar nəticəsində 2015-ci ildə ümumi daxili məhsul 1 faizdən çox, sənaye istehsalı 2,4 faiz, qeyri-neft sənayesi isə 8,4 faiz artıb. Kənd təsərrüfatı sahəsində 6,6 faiz artım olub. Ölkə iqtisadiyyatına 20 milyard dollara yaxın sərmayə qoyulub ki, bunun da yarısı xarici sərmayədir. Yüz mindən çox yeni iş yerləri açılıb ki, onlardan 84 mini daimi iş yeridir. Maaş və pensiyalar artırılıb. 2015-ci ildə bütün sosial proqramlar icra edilib və heç bir proqram ixisar edilməyib.

Dövlət başçısının da vurğuladığı kimi, 2016-cı il ciddi iqtisadi islahatlar ili olacaq. Bu məqsədlə, ölkə rəhbərliyi tərəfindən artıq müvafiq qərarlar qəbul edilib, qanunvericiliyə dəyişikliklər edilib. Yaranmış iqtisadi şəraitdə sahibkarlığı daha da genişləndirmək, sahibkarlara daha da yaxşı şərait yaratmaq, yerli istehsalı sürətləndirmək üçün əlavə tədbirlər görüləcək. Daxili bazarın, yerli istehsalın qorunması, inhisarçılığa yol verilməməsi istiqamətində işlər aparılır.

Görüşdə vurğulanıb ki, ölkə başçısının tapşırığına əsasən bu il geniş özəlləşdirmə proqramı icra ediləcək. Bu sahəyə yerli və xarici investorlar cəlb ediləcək. Artıq komitə geniş özəlləşdirmə proqramının hazırlanması istiqamətində tədbirlərə başlayıb. Yerli və xarici investorların prosesə aktiv cəlb olunması nəzərdə tutulur. Genişmiqyaslı özəlləşdirmə nəticəsində dövlət büdcəsinin gəlirləri artacaq, bu gəlirlər qeyri-neft sektoru inkişafına yönəldiləcək. Regionların iqtisadi potensialı güclənəcək.

Dövlət başçısı keçirdiyi müşavirələrdə torpaq fondunun dəqiq uçotunun aparılması, faktiki və sənəd uyğunsuzluqlarının aradan qaldırılması barədə tapşırıqlar verib. Bu tapşırıqların icrası məqsədilə komitə tərəfindən artıq bir sıra tədbirlər həyata keçirilir. Ölkədə ilk dəfə olaraq Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılması işi icra olunur.

Görüşdə qeyd olunub ki, dövlət başçısının tapşırıqlarına əsasən bu il mərkəzi və yerli icra orqanları, aidiyyəti qurumlar ölkənin iqtisadiyyatının inkişafı istiqamətində bütün zəruri tədbirləri həyata keçirəcək. Yerli icra orqanları tərəfindən iş yerlərinin yaradılması, investisiyanın cəlb edilməsi ilə bağlı tədbirlər görüləcək. Ölkə prezidenti tapşırıb ki, ölkəmiz ərzaq baxımından idxaldan asılı olmadan özünü tam təmin etməlidir. Bu məqsədlə, kənd təsərrüfatı sahələri, o cümlədən heyvandarlığın, bitkiçiliyin, pambıqçılığın və qida-yeyinti sənayesinin inkişafı üzrə tədbirlər gücləndiriləcək. Bu il kənd yollarının tikintisi, içməli su layihələrinin icrası ilə bağlı işlər davam etdiriləcək.

Komitə sədri görüşün sonunda bildirib ki, dövlət başçısının verdiyi tapşırıqların tam və vaxtında icrası nəticəsində regionların sosial-iqtisadi inkişafı, yerlərdə yeni iş yerlərinin yaradılması, vətəndaşların sosial rifah halının gücləndirilməsi 2016-cı ildə də uğurla davam etdiriləcək.

1news.az

Paylaş:
686

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər