Dövlət Sərhəd Xidmətinin Akademiyasında Gənclər Günü qeyd olunub – FOTO
Yanvar ayının 28-də Dövlət Sərhəd Xidmətinin Akademiyasında Gənclər Günü münasibəti ilə tədbir keçirilib.
1news.az-ın məlumatına görə, tədbirdə akademiyanın rəisi general-mayor Araz Məmmədov, Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov və “İrəli” İctimai Birliyini sədri Mirhəsən Seyidov çıxış edərək müstəqilliyimizin ilk illərində dövlət qayğısından məhrum olan gənclərin ictimai-siyasi proseslərə daha fəal qoşulması üçün ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə çoxsaylı dövlət əhəmiyyətli tədbirlərin həyata keçirilməsini, 1994-cü ildə ölkəmizdə Gənclər və İdman Nazirliyinin yaradılmasını, Ulu Öndərin 1997-ci ildə imzaladağı sərəncamla 2 fevral - Azərbaycan Gəncləri gününün elan edilməsini xüsusi vurğulayıblar.
Ulu öndərin əsasını qoyduğu gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, gənclər siyasəti çərçivəsində müxtəlif dövrləri əhatə edən dövlət proqramlarının həyata keçirilməsi, “2015-2025–ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi, ölkəmizdə gənclərin hərtərəfli inkişafı, təhsili, ictimai-faydalı əməklə məşğulluğu, istirahəti üçün yüksək şəraitin yaradılması sayəsində bu gün Azərbaycan gəncliyinin ölkəmizin dinamik inkişafına əhəmiyyətli töhfələr verdiyi qeyd olunub.
Tədbirdə Azərbaycan gənclərinin vətənpərvərlik tərbiyəsinə göstərilən diqqətin uğurlu nəticələri barədə də ətraflı danışılıb, əksəriyyəti gənclərdən ibarət olan Dövlət Sərhəd Xidməti əməkdaşlarının Vətənimizin müqəddəs sərhədlərinin toxunulmazlığının təmin olunması istiqamətindəki fədakar xidmətlərinin dövlətimiz və xalqımız tərəfindən daim yüksək qiymətləndirildiyi vurğulanıb.
1news.az