Baş Polis İdarəsi və şəhər prokurorluğu Aleksandr Məhərrəmovun qətli ilə bağlı məlumat yayıb - FOTO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş Polis İdarəsi və şəhər prokurorluğu Aleksandr Məhərrəmovun qətli ilə bağlı məlumat yayıb - FOTO - YENİLƏNİB

12:46 - 29 / 01 / 2016
Baş Polis İdarəsi və şəhər prokurorluğu Aleksandr Məhərrəmovun qətli ilə bağlı məlumat yayıb - FOTO - YENİLƏNİB

Prokurorluq və daxili işlər orqanları əməkdaşlarının birgə həyata keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Nərimanov rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılıb.

Bu haqda 1news.az-a Prokurorluqdan verilən rəsmi məlumata görə, yanvarın 19-da saat 03 radələrində 1949-cu il təvəllüdlü Janna Məhərrəmova və oğlu 1982-ci il təvəllüdlü Aleksandr Məhərrəmovun yaşadıqları mənzildə üzərində zorakılıq əlamətləri olan meyitlərinin aşkar edilməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuş, 1977-ci il təvəllüdlü Ruhin Allahverdiyev tərəfindən törədilməsinə kifayət qədər əsaslı şübhələr yarandığından o, tutularaq istintaqa cəlb olunub. 

İstintaqla müəyyən edilib ki, yanvarın 17-də R.Allahverdiyev əvvəlcədən aralarında olan razılaşmaya əsasən Janna və Aleksandr Məhərrəmovların mənzilində təmir işlərini davam etdirmək adı ilə gələrək özü ilə gətirdiyi çəkiclə sonuncuların baş nahiyələrinə çoxsaylı zərbələr endirib, onları qəsdən öldürüb. Daha sonra o, J.Məhərrəmovanın çantasından 20 manat, A.Məhərrəmovun portfelindən isə içərisində 200 manat olan pul kisəsini götürüb, mənzilin qapısını açarla bağlayaraq hadisə yerindən qaçıb.

İstintaq zamanı R.Allahverdiyev hadisə baş verən mənzilin açarını istintaqa təqdim edib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

1news.az

11:52

Bakının Nərimanov rayonunda Aleksandr Məhərrəmov və anası Janna Məhərrəmovanın üzərində zorakılıq əlamətləri olan meyitinin qatili məlum olub.

1news.az-ın verdiyi xəbərə görə, Nərimanov rayon prokurorluğunda polis və prokurorluq əməkdaşlarının keçirdikləri birgə əməliyyta-axtarış tədbirləri nəticəsində qətldə şübhəli bilinən 39 yaşlı Ruhi Allahverdiyev saxlanılıb.

Müəyyən olunub ki, R.Allahverdiyev A.Məhərrəmovun evində təmir işləri aparırmış. Bir neçə dəfə R.Allahverdiyevlə mərhum arasında təmirin qiyməti ilə bağlı münaqişə yaranıbmış. Bu münaqişənin nəticəsi olaraq da o, A.Məhərrəmov və onun anasını öldürmək qərarına gəlir.

Xatırladaq ki, Aleksandr Məhərrəmov və anası Janna Məhərrəmovanın üzərində zorakılıq əlamətləri olan meyiti elə öz evlərindəcə – Bakının Nərimanov rayonunda aşkar edilmişdi.

A.Məhərrəmov iş adamı, biznes-trener, eyni zamanda “Biznes Dialoq” klubunun rəhbəri idi. O, 2005-ci ildən satış və marketinq sahəsində çalışırdı. 2011-ci ildən müntəzəm olaraq (ayda 1 və ya 4 dəfə) spiker olaraq çıxış edirdi.

2014-cü ilin sentyabrında 1news.az-ın “Uğurun formulu” («Формула успеха») rubrikasının qonağı olub.

Qeyd edək ki, Aleksandr Məhərrəmov və anası Janna Məhərrəmovanın ölümü ilə bağlı Cinayət Məcəlləsinin 120.2.7 (İki və daha çox şəxsin qəsdən öldürülməsi) maddəsi işə cinayət işi açılıb.

Ölümündən sonra A.Məhərrəmovun dost və qohumları bir qrupda toplaşaraq onun dəfnini təşkil ediblər. Qrup üzvləri sutka ərzində pul toplayaraq, onun dəfni, anma mərasimi, qəbir daşarı və s. işləri həll ediblər. A.Məhərrəmovun Bakıda heç bir qohumu yoxdur, lakin onun sadiq dostları dəfnlə bağlı bütün təşkilati işləri öz üzrələrinə götürdülər.

Aleksandr Məhərrəmov və anası Janna Məhərrəmovanın dəfni yanvarın 21-də baş tutdu.

26 yanvarda isə Müqəddəs Mixail Arxangel kilsəsində Aleksandr Məhərrəmov və anası Janna Məhərrəmovanın adına anma mərasimi keçirildi.

Qətlə yetirilmiş A.Məhərrəmovun dayısı anma mərasimi zamanı bildirdi ki, onun bacısı oğlunun bu cür sadiq dostları olmasında çox şaddır.

1news.az

Paylaş:
1634

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər