Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə siqaret keçirilməsinin qarşısı alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə siqaret keçirilməsinin qarşısı alınıb

13:13 - 01 / 02 / 2016
Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə siqaret keçirilməsinin qarşısı alınıb

Azərbaycan gömrükçüləri qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə külli miqdarda siqaretin keçirilməsinə cəhdin qarşısını alıblar.

1news.az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən verdiyi xəbərə görə, Balakən Gömrük İdarəsinin “Mazımçay” gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşı Şükür Qurbanzadənin idarə etdiyi “Mercedes-Benz” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Baxış zamanı həmin nəqliyyat vasitəsinin arxa oturacağının söykənəcək hissəsinin altında xüsusi hazırlanmış yerdə 1158 qutu “MM” markalı siqaret aşkar olunaraq götürülüb.

Siqaret qaçaqmalçılığı ilə bağlı digər fakt Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda qeydə alınıb. Burada isə Azərbaycan vətəndaşı Marif Rzayevin idarə etdiyi “Toyota Land Cruiser” markalı nəqliyyat vasitəsinə baxış zamanı həmin avtomaşının yük yerində Rusiya Federasiyasının aksiz markası ilə markalanan 240 qutu “Parliament Aqua Blue” əmtəə nişanlı siqaret aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
1043

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər