Bakıda yağış, dağlıq rayonlarda qar yağacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda yağış, dağlıq rayonlarda qar yağacaq

14:05 - 01 / 02 / 2016
Bakıda yağış, dağlıq rayonlarda qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi fevral ayının 2-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı, gün ərzində şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-7, gündüz 8-13 dərəcə isti, Bakıda gecə 5-7, gündüz 10-12 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 762 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 2-də hava şəraitinin çiskinli olacağı, gün ərzində bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 3-8 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti olacaq.

1news.az

Paylaş:
650

Son xəbərlər

Bütün xəbərlər