Sumqayıtda yaşlı qadın evində ölü tapıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda yaşlı qadın evində ölü tapıldı

09:46 - 01 / 02 / 2016
Sumqayıtda yaşlı qadın evində ölü tapıldı

Sumqayıt şəhərində mənzillərin birində yaşlı qadının meyiti tapılıb.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat veriblər.

Məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Sumqayıt şəhərində mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Sumaqyıt Reqional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1938-cı il təvəllüdlü Jarkova Lidiya Yakovlevnanın cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

1news.az

Paylaş:
906

Son xəbərlər

Bütün xəbərlər