Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir | 1news.az | Xəbərlər
Cəmiyyət

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir

22:58 - 01 / 02 / 2016
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir

Fevralın 1-dən 3-dək Roma şəhərində (İtaliya) NATO Müdafiə Kollecinin ali kurs dinləyicilərinin xarici dövlətlərə səfərlərinin planlaşdırılması konfransı keçiriləcək.

1news.az-ın məlumatına görə, fevralın 1-dən 5-dək Ankara şəhərində (Türkiyə Respublikası) terrorçuluqla mübarizə kursu, fevralın 1-dən 12-dək isə kiber müdafiə kursu, fevralın 1-dən martın 4-dək isə İstanbul şəhərində (Türkiyə Respublikası) partlayıcı maddələrin aşkarlanması kursu keçirilir.

Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.

1news.az

 

Paylaş:
512

Son xəbərlər

Sabahın hava proqnozu

18 / 07 / 2025, 12:29
Bütün xəbərlər