Bakıda “Gənclik veloyürüşü” keçirilib – FOTO
Bakıda 2 fevral - Azərbaycan Gənclər Günü münasibətilə “Gənclik veloyürüşü” təşkil olunub.
1news.az-ın məlumatına görə, “İrəli” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF), “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Birliyi və Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə ilə baş tutan veloyürüşə 200-dən artıq peşəkar və həvəskar velosipedçi qatılıb.
Yürüşün iştirakçıları arasında gürcüstanlı həvəskar velosipedçi, dünya səyahəti çərçivəsində Azərbaycandan keçən Nodar Beridze də olub.
Yürüş iştirakçıları Dövlət Bayrağı Meydanından start götürərək Azneft meydanı–Neftçilər prospekti–Heydər Əliyev Mərkəzi–Səməd Vurğun bağı–Rəşid Behbudov küçəsi–Heydər Əliyev Sarayı–Səməd Vurğun küçəsi–Dəniz vağzalı marşrutu üzrə hərəkət ediblər.
Veloyürüşün məqsədi gənclər arasında sağlam həyat tərzinin təbliği, gənclərin asudə vaxtının səmərəli təşkili və onlara Azərbaycan Gəncləri Gününün əhəmiyyətinin aşılanmasıdır.
1news.az