Ağsu rayonunun daha 3 kəndinə təbii qaz verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağsu rayonunun daha 3 kəndinə təbii qaz verilib

12:23 - 01 / 02 / 2016
Ağsu rayonunun daha 3 kəndinə təbii qaz verilib

Yanvarın 30-da Ağsu rayonunun daha 3 kəndinə təbii qazın verilişi bərpa edilib.

1news.az-ın məlumatına görə, bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, ümumilikdə 769 abonenti olan Bico, Qəşəd və Cəlayir kəndlərinin yenidən qazlaşdırılması zamanı birpilləli sistem əsasında 57 kilometrə yaxın müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonentin mənzilində ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

1news.az

Paylaş:
689

Son xəbərlər

Bütün xəbərlər