Azərbaycan Google, Apple, Facebook və digər internet nəhəglərini vergiyə cəlb etməməklə milyonlar itirir | 1news.az | Xəbərlər
Köşə

Azərbaycan Google, Apple, Facebook və digər internet nəhəglərini vergiyə cəlb etməməklə milyonlar itirir

14:34 - 02 / 02 / 2016
Azərbaycan Google, Apple, Facebook və digər internet nəhəglərini vergiyə cəlb etməməklə milyonlar itirir

Bu günlərdə məlum olub ki, Google şirkəti Birləşmiş Krallığın vergi orqanları tərəfindən mühasibat sistemində aparılan yoxlamadan sonra Britaniya hökumətinə vergi təzminatı ödəməyə razı olub.

BBC-nin məlumatına görə, auditorların yoxlaması Google-nin  mürəkkəb strukturunu tənqid edərək şirkətin vergi tərəfindən müəyyən olunan payı ödəmədiyini aşkar edib.

Google vergi orqanlarını aldadır

Tənqidə cavab olaraq, Google bildirib ki, Britaniya hökuməti ilə razılığa gəlməyə hazırdır.

“Bu gün biz qərara gəlmişik ki, Böyük Britaniyada daha çox vergi ödəyəcəyik”, “Google Europe”nin  rəhbəri Mett Brittin deyib. Google-yə təqdim olunan təzminat ödənişi 130 milyon funt ( 171 milyon avro) təşkil edir. Bura 10 il müddətində yığılan vergilər, gecikdirilmiş ödənişlərə görə cərimələr və cəzalar daxildir.

Britaniya hökumətinin şirkətlə bağlı araşdırmaları 6 il davam edib. Bu araşdırma Avropanın digər bölgələrində yerləşən və Britaniyada fəaliyyət göstərən transmilli şirkətlərin vergiyə cəlb olunması ilə bağlı məsələ müzakirə olunduqda başlayıb.

2013-cu ildə Google şirkəti Britaniyada kəskin tənqid olundu. Belə müəyyən olundu ki, 2001-ci ildə şirkət britaniya   xəzinəsinə cəmi 9 milyon dollar ödəyib, halbuki onun gəlirləri 4.8 milyard dollar təşkil edir.

Vergi əməkdaşlarının bildirdiyinə görə şirkət öz gəlirini gizlədirdi.

Bermuddakı strukturları sayəsində vergi ödənişlərini azaldırdı. Belə ki orada şirkətlər vergi ödənişi etmir, həmçinin, onun Avropadakı mənzil-qərərgahı İrlandiyada yerləşir və orada korporativ vergilər Britaniyadan daha azdır.

Lakinqalmaqal bununla bitmir. Şirkətin İngiltərə hökuməti ilə razılaşması araşdırma predmeti ola bilər. Bir neçə gün sonra Nəqliyyat naziri Patrik Maklaflin bildirib ki, Google daha çox vergi ödəməlidir.

Onun fikri ilə Evronyus telekanalının bildirdiyinə görə, parlamentdəki müxalifət də razıdır. “Şotlandiya milli partiyası” fraksiyasının müavini Stüart Xoysi  İcmalar palatasında Avropa komissiyasına müraciət edərək, məsələnin AB-də azad rəqabət qaydalarına uyğun yoxlanılmasına çağırıb.

Brüsselin nə deyəcəyini təyin etmək çətindir. Lakin daha əvvəl məlumdur ki, Avropa Birliyi transmilli kokrporasiyalara “vergi müharibəsi” elan edib. Avropa komissisyası mübarizə planında müəyyən boşluqlar qoyub. Bundan istifadə edən beynəlxalq şirkətlər Avropada gəlir vergisini optimallaşdırır. Bu yolla ən məşhur sxemə son qoymaq nəzərdə tutulur. Şirkət Avropa Birliyinin ən aşağı gəlir vergisi olan ölkəsində baş ofis açır və avropa filialındakı bütün gəlirləri ora köçürür. (Britaniya hökuməti Google-ni məhz bunda günahlandırır)

“AB-nin iqtisadi siyasət üzrə komissarı Pyer Moskovisinin sözlərinə görə, AB hər il  belə vergi yayınmalarına görə 50-70 milyard  avro itirir”, - “Avronyus” bildirir.

Brüsseldə əmindirlər ki, bu tədbirlər sayəsində  multimilli şirkətlərdə  vergiləri AB-də çalışan  digər şirkətlər kimi  ödəyəcək.

“Uber-in  yayınması”

Google vergi ödəmələrinin optimallaşdırılması “sxemində” istifadədə tək deyil.

Ötən il Finlandiya hökuməti Uber-dən sifariş alan sürücülərin ödənişləri azalda bildiyi və ƏDV ödəmədiyindən şübhələnib. RBK-da bununla bağlı məlumat verilib.

Finlandiya qanunlarına görə, fərdi şəxslərin illik  gəlirləri 8.5 min avroya catmayıbsa,  göstərdikləri xidmətə görə ƏDV ödəməyə bilər.  Baş maliyyə eksperti Sami Varonen qeyd edir ki, bəzi vicdansız sürücülər qanundakı bu boşluqdan sitifadə edə bilər.

“Servis sürücülərə vəzifələrindən yayınmaq imkanı olan xidmətlər təklif etməməlidir. Onların könüllü şəkildə vergiləri ödəyəcəyinə əsaslanmamalıdır”, Varonen qeyd edib.

Oxşar tənqidlər Ruyada fəaliyyət göstərən Uber üçün də səslənir. Bu günlərdə məlum olub ki, TAXI 2018  Rusiya ictimai hərəkatının sədri Stanislav Şvaqerus bildirib ki, şirkəti məhkəməyə vermək niyyətindədir.

“Biz bütün məsuliyyəti ilə bəyan edirik ki, Uber  şirkəti ölkə qanunvericiliyinin 2013-cü ildən fəaliyyətdə olan boz sxemin tətbiqi qanununu pozaraq Rusiya Federasiyasına vergiləri tam ödəməyib. Bizim minimal dəyərləndirməyə görə Uber-in təkcə Moskvada ödəmədiyi vergilərin məbləgi minimum 744 rubl, yəni 10 milyon dollar təşkil edir.

Biz Rusiyadakı Uber şirkəti ilə bağlı aşağıdakı  işləri görəcəyimizi tam məsuliyyətlə  bəyan edirik.

Vergi qanunvericiliyinin pozulması ilə bağlı  RF Cinayət məcəlləsinin 204-cü maddəsinə uyğun olaraq məhkəmə iddiası qaldırmaq. Federal antiinhisar xidmətinə Əmtəə bazarında reqabətin qiymətləndirilmısi, Uber tariflərinin Moskvadakı nəqliyyat  xidmətindəkiqiymətlərdən inhisarçı dərəcədə aşağı olması ilə  əlaqədar ərizə vermək”,- TAXI 2018  Rusiya ictimai hərəkatının sədri Stanislav Şvaqerus deyib.

Getdikcə daha da artır

Bu günlərdə Britanıyanın nüfuzlu nəşri The Guardian yazıb ki, Londonda taksi xidməti ilə məşğul olan bütün şirkətlər Uberdən daha çox vergi ödəyir.

“Oktyabr ayında məlum olub ki, Uber cəmi  22,134 frank  ödəyib, halbuki gəliri 866.000 frank təşkil edir. Lisenziyalaşdırılmış Taksilər Birliyi (LTDA) vergidən yayınma predmetinə görə Uberdə yoxlama aparmaq niyyətindədir.

Uber ittihamı təkzib edərək məsuliyyəti taksi sürücülərinin üzərinə qoymağa çılışdı. Lakin The Guardian- nın yazdığına görə, şirkət vergiödəmələrini optimallaşdırmağa xidmət edən sxemlərdən istifadə edirdi. Gəlirlər Niderlanddakı təmsilçiliyə köçürülürdü, burada isə vergilər azdır. 

LTDA bu sxemin yoxlanılmasının qanunauyğunluğunu nəzərdən keçirməyi planlaşdırır.

Facebook-da  “qəpik-quruş” ödəyir

Bənzər tənqidlər İntenet nəhəngi Facebook şirkətinə qarşı da səslənib.

 Hələ keçən il Daily Mail qəzeti yazıb ki, Facebook Inc –in britaniya bölmələri 2014-cü ildə adi işçidən daha az vergi ödəyib.

 “Şirkətin gəlir vergisi və digər vergiləri cəmi 4 min 327 funt sterlinq təşkil edib. Bundan əlavə şirkətin reklam və digər mənbələrdən qazandığı gəlir 2 dəfədən artıq artıb və 105 milyon funt olub”- qəzet yazır.

Məqalədə göstərilir ki, sadı britaniyalı işçi 26,5 min funt gəlirlə il ərzində daha çox vergi ödəyir.

Daily Mail-in təsdiq etdiyi kimi Facebook vergiləri azaltması, kağız üzərində 28,5 milyon funt göstərməsi nəticəsində mümkün olub.

Əvvəlki illərdə isə şirkət ümumiyyətlə, vergi ödəməyib. 

Facebook üçün  Britaniyada korporativ vergi 2012, 2013-cü illərdə 0-a bərabər olub.  Hesabatda şirkət qeyd edib ki, itkilərinin məbləği 18,6 milyon dollar olub. Halbuki, 2012-ci ildə 3,85 dollar defisitin olması media nəhəngin maliyyəçiləri tərəfindən həmin ilin anomal odlandırmağa məcbur edib.

“Facebook-un maliyyə xidmətinin hesabatına görə, (2013-cü il Britaniya) şirkət illik gəlirini 79,89 milyon dollar olaraq bəyan edib. eMarketer araşdırma şirkətinin fikrincə, bu rəqəm çox azaldılıb.  2013-cü ildə şirkətin gəliri 596 milyon dollar təşkil edib”, - RT teıekanalı məlumat verib.

Putin “Google-a vergi”ni dəstəklədi

Dünən aydın oldu ki, Rusiya prezidenti Vladimir Putin altı rus idarəsi və İnternetin İnkişafı İnstitutuna Rusiyada internet-şirkətlərin bərabərhüquqlu şərtləri ilə bağlı qanunvericiliyə dəyişikliklə bağlı göstəriş verib. Bu haqda Kremlin rəsmi saytına istinadla “Ведомости” qəzeti yazıb.

Sentyabrın 1-nə qədər Federal Antiinhisar Xidməti, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirlyi, Federal Vergi Xidməti, Sənaye və Ticarət Nazirliyi və Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi öz təkliflərini təqdim etməlidirlər.

Bərabərhüquqlu işin şərti altında Google и Apple kimi xarici şirkətlərin stış zamanı əlavə dəyər vergisinin (ƏDV) tətbiq olunması nəzərdə tutulur,  "Ведомости" ehtimal edir.

Bu cür ƏDV qanunlayihəsinin tətbiqi ötən ilin dekabrında Dövlət Dumasının deputatları Andrey Luqovoy və Vladimir Paraxin tərəfindən irəli sürülüb.

“Hazırda istifadəçilər onlayn-mağazalar olan Google Play və Apple AppStore-dan proqram təminatı, musiqi və filmlər alarkən Rusiya şirkətləri bu alışlara görə ƏDV ödəmirlər. Rusiya bazarlarında elə vəziyyət yaranır ki, rus istifadəçilərinin xarici şirkətlərdən kontent alması daha sərfəli olur. Belə ki, bu zaman alınan məhsula görə ƏDV tətbiq olunmur”, - layihənin müəllifləri aydınlıq gətiriblər.

Azərbaycanda Google və Ко varmı?

Ölkəmizdə iri internet-şirkətlərlərinin vergi ödəmələri ilə bağlı işlərini ehtimal etmək olar.

Azərbaycanın Vegilər Nazirliyinin saytında adları çəkilmiş şirkətlərlə bağlı məlumatları demək olar ki, əldə etmək mümkün olmadı.

Belə ki, axtarış sistemi Google və ya Alphabet (Google-in bütün bölmələrini özündə cəmləşdirən, hazırda kapitalı 500 milyard dollar təşkil edən şirkət-çətirdir)adlı şirkətlərə rast gəlinmədi. Hətta GUGL, QUQL və ALFABET kimi yazılış da nəticə vermədi.

Domenlərin .AZ reyestr hissəsində Google.az və Alphabet.az saytları ABŞ-da Mountain View, 1600 Amphitheatre Parkway, 94043 ünvanında yerləşən Google Inc. hüquqi şəxsin adına qeydiyyat olunub.

Vergilər Nazirliyinin saytında axtarışlar sayəsində müəyyən oldu ki, Azərbaycanda “Uber Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyət göstərir. Bakıda şirkətin xidməti haqda qlobal saytda əks olunub.

Lakin, Azərbaycan üzrə maliyyə göstəricilərinə açıq surətdə daxil olmaq mümkün olmadı. Sayt yalnız tariflər və sürücü-tərəfdaş olmağı təklif edir. Uber.az saytı Azərbaycandan fiziki şəxs qismində qeydiyyat olunub, lakin görünür ki, qlobal şirkət olaraq heç bir əlaqəsi yoxdur.

Vergilər Nazirliyinin saytının axtarış bazasında Facebook və Feysbuk sözləri də uğurla nəticələnmədi. Domenlərin reyestri olan Whois.az öz növbəsində qeyd edir ki, Facebook.az domeni qeydiyyat oluna bilməz. 

Vergilər Nazirliyi ilə Whois.az saytı Azərbaycana gəlir verməsi ilə bağlı analoji cavabı elə Apple şirkəti üçün də veriblər.

Uber, Google, Apple və Facebook kimi şirkətlər Azərbaycandan əldə etdikləri iri həcmli gəlirlə bağlı vergi ödəyirlərmi? Bu suala hərtərəfli araşdırma aparmadan cavab vermək çətindir. Lakin, əminliklə qeyd etmək olar ki, Azərbaycanda bu şirkətlərin bizneslərinin həcmi olduqca təsiredicidir.

Bu şirkətlərin Azərbaycan istifadəçilər arasındakı uğuru təəccüblü deyil. Bütün dörd şirkət öz sahələri üzrə dünyaliderləridir.

Belə ki, Facebook-un öz məlumatlarına görə, Azərbaycanın reklam hədəfləmələri üzrə quraşdırmalarından məlumdur ki, ölkəmizdə 1 milyon 700 min istifadəçi qeydiyyatdan keçib. Bununla belə, qeyd etmək lazımdır ki, Azərbaycanda elə bir şirkət yoxdur ki, onun Facebook-da öz rəsmi səhifəsi olmasın.

Öz növbəsində Google şirkətinin məhsulları bir neçə məqamlara görə liderdir.

Belə ki, azərbaycanlı istifadəçilər arasında Chrome brauzeri daha populyardır. Google axtarış sistemi isə ölkədə (mənbə - Alexa.combir sıra ekpertlərin rəyinə əsasən, yerli saytlarda mənzərə təhrif olunsa da, qlobal sayt olaraq adekvat hesab olunur)hətta Facebook-u qabaqlayaraq daha çox ziyarət edilən sayt hesab olunur.

Eyni zamanda Google-a məxsus Youtube video xidməti də ölkədə daha məşhur olan saytlar arasında üçüncü sırada yerləşir. Google Play onlayn-mağazası isə Android platformasında olan telefon istifadəçiləri arasında tədricən populyarlaşır. Bu populyarlığın sayı Apple smartfonlarını da ötür.

Azərbaycanda Facebook və Google Adwords-un reklam dövriyyələri haqda danışmaq çətindir. Lakin onların nəhəng həcm və tələbini nəzərə alaraq təxmin etmək olar ki, bu iki şirkətin dövriyyəsi ölkəmizdə onlayn-reklam edilən digər şirkətlərlə müqayisə oluna bilər, bu da – milyonlarla manatdır, ehtimalla olaraq da bu məbləğə vergi qoyulmur.

Uber şirkətinin ölkəmizdə gəlirlərinin həcmi haqda qeyd etmək olar ki, hazırda bu şirkət dövriyyə toplayır. Hesablamalarımıza görə, hazırda Uber 189 və Baku Taxi kimi taksi xidmətlərinə güzəşt edir. Lakin, xarici ölkələrin təcrübəsi göstərir ki, bu xidmət yerli xidmətlərə rəqabət təşkil etməklə yanaşı, eyni zamanda öz qlobal gücə və gəlirlərin optimallaşdırlması və vergi yükü hesabına onlara ciddi problemlər yaradır.

Apple şirkətinin məhsulları ilə də analoji vəziyyətdir. Bu istehsalçının cihazları bahalılığına baxmayaraq azərbaycanlı istifadəçilər arasında çox məşhurdur. Buna ölkənin iri internet-trafiklərinin məlumatlarını da göstərmək olar.

Belə ki, Apple (iPhone və iPad) mobil cihazı vasitəsilə 1news.az saytına daxil olan istifadəçilərin sayı bütün mobil cihazların 45%-ni təşil edir (Google Analytics-in məlumatları). Bu hələ sadəcə olaraq bir saytın statistik məlumatıdır.

Bu istifadəçilərin iTunes onlayn-mağazasından proqram təminatı, musiqi və ya oyun əldə etmələri neçə faiz təşkil edir? Ehtimal olaraq dəqiq statistik məlumatlar yoxdur, lakin 2014-cü ilin araşdırmalarına görə, dünya üzrə iTunes istifadəçiləri orta hesabla il ərzində onlayn-mağazadan alışa görə 10 dollar sərf edir.

Eyni zamanda, fəal istifadəçilər isə il ərzində bir neçə yüzdən min dollara qədər  sərf edə bilərlər. Beləliklə, Apple-in Azərbaycandan gəlirləri nə qədərdir? Ayda yüzminlər, ildə isə milyonlar? Bu suala cavab vermək üçün hərtərəfli axtarışlar etmək lazımdır. Lakin aydındır ki, internet-texnologiyaların məşhurluğunun həcmi ilə gəlirlərin də həcmi böyüyəcək.

Hazırki proqnozu, eyni zmanada Facebook, Uber, Google, Amazon kimi materiala daxil olmayan digər qlobal internet-şirkətlərə bərabər dərəcədə şamil etmək olar.

İstənilən halda, qlobal internet-şirkətlərin vergitutma problemi olaraq bütün mümkün vasitələrlə özvergi gəlirlərini ixtisar etmələri dünyada ən aktual mövzulardan biridir.

Müxtəlif ölkələrin hökumətləri bu şirkətlərə üzərində nəzarət yaratmaqla yanaşı, eyni zamanda onların fəaliyyətinin effektli tənzminlənməsilə bağlı vergi və digər qanunvericilikləri uyğunlaşdırmalıdır.

Və Azərbaycan da istisna olmamalıdır.

Əks halda, nəhəng qlobal şirkətlərin kiçik yerli oyunçular qarşısında mötəbər üstünlüyü olacaq ki, bu da effektli miqyasda alış zamanı bazarın böyük hissəsini tutmaqda, eyni zamanda “vergi tutmalardan yayınmağa” imkan verəcək. Bu isə, faktiki olaraq, ölkə iqtisadiyyatına – ikiqat zərbə vurur. Bundan da təkcə yerli şirkətlər deyil, eyni zamanda əsas gəliri vergi daxil olmalarından olan dövlət büdcəsi zərər görür.

Onlayn-reklam bazarında iri payı olan Facebook və Google kimi iki qlobal oyunçunun bazarda yaratdığı vəziyyət təxminən bu cürdür.

1news.az-ın Təhlil şöbəsi

Paylaş:
2013

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər