Qan üzərində mərc. Bakıda it döyüşlərinin keçirilməsi kimə əlverişlidir? – FOTO | 1news.az | Xəbərlər
Köşə

Qan üzərində mərc. Bakıda it döyüşlərinin keçirilməsi kimə əlverişlidir? – FOTO

15:45 - 02 / 02 / 2016
Qan üzərində mərc. Bakıda it döyüşlərinin keçirilməsi kimə əlverişlidir? – FOTO

Qəddar it döyüşləri, yeri gəlmişkən,Azərbaycanda neçə illərdirhəyata keçirilməsi qanuni olaraq qadağan olunub.

Əgər əvvəllər bu qəddar mərc oyunun həvəskarları gizlənə bilirdilərsə, artıq indi öz hobbilərini sosial şəbəkələr və forumlarda açıq-aşkar bəyan edirlər.

Şayiələrə görə, bu nəhəng gizli biznes təşkilatçılarına, eyni zamanda iştirakçılara da külli miqdarda gəlir gətirir. Mərclərin ilkin ödənişi on min manatlarla edilir. Deyilənlərə görə, bu oyunlar “ varlı insanlar” arasında daha populyarlıq qazanıb.

“Əleyhinə” və “lehinə”

İt döyüşləri ətrafında mübahisələr gedir. Heyvanları müdafiə edənlər bu qəddar “yarışlar” barədə həyəcan təbili çalsalar da, oyunun tərəfdarlarıözlərinə görə tutarlı dəlillər gətirirlər: itlərin döyüşçü növlərindən olanları döyüşməldir. Əks halda onlar quduzlaşaraq insanlar üçün təhlükəli ola bilərlər.

Xüsusi olaraq, bu “yarışlara” hazırlaşan zaman və sonra itləri nə gözlədiyini bu nöqteyi-nəzərin tərəfdarları üçün təsvir edəcəyik. Döyüşlərə hazırlaşan itləri evsiz heyvanlara – pişik və daha kiçik itlərlərlə üz-üzə gətirirlər. Çox vaxt bu evsiz heyvanları yaralayırlar ki, itlər qanı hiss etsin. Gələcək döyüşçünü küçə it və pişiklərinə qarşı çıxaraq o hala gətirirlər ki, döyüş iti həmin küçə heyvanlarını parçalasın.

Döyüşlərin özünə gəlincə, çox vaxt “döyüşçülər” “yarışlardan” elə-belə qayıtmırlar. Yaralanmış, qan işində olan itlər bundan sonra gəlir gətirməyəcək. Deməli onlar, daha heç kəsə lazım deyillər. Ən həyasız sahiblər yenə də bu yazıq heyvanları götürürlər. Gələcək “protejesi” üçün keçmiş döyüşçü itlər ağrılı ölümə məhkum olurlar.

İtləri qatillərə çevirirlər

“Kküçə Heyvanlarının Müdafiəsi” birliyinin rəhbəri Leyla Əlizadənin sözlərinə görə, bu döyüşlərdə iştirak edən insanları həddindən artıq tamah idarə edir.

“Qanlı tamaşalar zamanı iştirakçılar arasında həqiqətən də qadın və uşaqlara da rast gəlmək olar”, - L.Əlizadə deyib.

Onun sözlərinə görə, itin aqressiyasını kiməsə qarşı yaymaq olmaz, çünki bu heyvanı təhlükəli silaha çevirir.

“Əslində isə döyüş itlərinə fiziki cəhətdən yükləmələr lazımdır, döyüşdürmək yox”, - o, bildirib.

Öz növbəsində, Heyvanların Müdafiəsi birliyinin prezidenti Azər Qarayev qeyd edib ki, it döyüşləri –Azərbaycanda heyvanlara qarşı qəddar davranışın bariz nümunəsidir.

“Baxmayaraq ki, Azərbaycan MDB ölkələrindən ilk olaraq ev heyvanlarının müdafiəsi üzrə Avropa konvensiyasına qoşulub, lakin ölkəmizdə heyvanlara qəddar münasibət hələ də davam edir”, - A.Qarayev vurğulayıb.

İt döyüşlərinə gəlincə isə, ilkin mərclər inanılmazdır – 5 min manatdan başlayır.

“İtləri Keşlə, Maştağa, Mehdiabad və digər yerlərdə döyüşdürürlər. Döyüşlər üçün itlərlə məqsədli surətdə iş aparılır. Mədsəqli olaraq heyvanlarda qatil instiktini yaradırlar ki, bu da onların psixikasını şikəst edir”, - A.Qarayev bildirir.

Parçalanmış heyvanları qan içində can verməyə qərq edirlər

“İt döyüşləri Bakı ətrafında yerləşən səhralarda keçirilir. Mehdiabad, Kürdəxanı, Sulutəpədə”.

“Əsasən də, həftədə iki dəfə olmaqla bazar və çərşənbə günlərində keçirilir. Yer və zaman dəyişir, ona görə də onları tutmaq çətindir”, - bu haqda bizimlə heyvan müdafiəçisi-könüllü  Qəmər Almaszadə bölüşüb.

Onun sözlərinə görə, əsl döyüş iti 3 min və daha çox manata ola bilər. Ona qoyulmuş sərmayə özünü tez bir zamanda ikiqat ödəyir, sahib ən azından 10-15 min manat gəlir əldə edir.

“Heyvanları müdafiə edən qruplarda iştirakçılar çox hallarda döyüşlərdə iştirak etmiş itlərin adları ilə çıxış edirlər. Ən dəhşətlidi də odur ki, hadisələrin 90%-ində heyvanlara heç bir yardım etməyərək qan içində can verməyə qərq edirlər”, - Q.Almaszadə bildirib.

Q.Almaszadə artıq 23 ildir ki, itlərlə məşğul olur. Onun ilk ev heyvanı 14 yaşında olub. Hazırda onun 3 ev heyvanı var. Onlardan ikisi insan tərəfindən zərər görmüş itlərdir. İtlər haqqında o, çox məlumatlıdır. Məhz buna görə də o, döyüş it növləri barədə bildirir:

“İstər döyüş, istərsə də gözətçi itləri barədə danışarkən ilk növbədə onlara fiziki yükləmə lazımdır. Qaçış. Tullanma. Yüklərlə döş qayışı. İt sahibini müdafiə etməyi bacarmalıdır. Buna görə də peşəkar məşq istər iti, istərsə də insanı zəhərləyir. Lakin bunu döyüşlərlə səhv salmaq lazım deyil.

Döyüş iti müdafiə etməyi bacarmalıdır. Sözsüz. Təbii olaraq o,enerjisini atmalıdır. Lakin bu, ya məşqlə, ya da yüklə qaçış olmalıdır. Döyüş – isə hər zaman insanın seçimidir”, - heyvan müdafiəçisi bildirib.

Onun sözlərinə görə, başqa heyvana hücum edən it bütün hirsini tökdükdən sonra insana hücum etməz fikri əfsanədir.

“İtləri döyüşə hazırlayarkən onlarda qəzəb yaradırlar, belə ki heyvanlar anadangəlmə aqressiv olmurlar. Adətən bu, qəddar məşq sayəsində nail olunur. Başqa iti parçalamaq bacarığını formalaşdırmaq üçün əvvəlcə kiçik, sonra orta küçə itləri və ya pişik və küçüklər üzərində təcrübə aparılır”, - o, deyir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Azərbaycanda it döyüşlərinin keçirilməsi qanunla qadağan edilib. Lakin, bizə verilən məlumata görə, hazırda bu sahə üzrə heç bir araşdırma aparılmır.

Biz it döyüşlərinin keçirilməsinin görüntülərinin print screen olunmuş variantını da dərc edəcəyik. Ümid edirik ki, bu görüntülərdən sonra qanlı döyüş həvəskarlarına qarşı ciddi tədbirlər görüləcək.

1news.az

Paylaş:
5762

Sizin üçün xəbərlər

Son xəbərlər

Azərbaycan XİN Pakistana başsağlığı veribBu gün, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilərBu gün, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİBBu gün, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdiBu gün, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJBu gün, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilirBu gün, 16:53Gəncədə qadın sirkə içib öldüBu gün, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edibBu gün, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46Tuvalulu naziri Buradakı müzakirələrin kiçik ada dövlətlərinə də ciddi təsiri varBu gün, 12:50
Bütün xəbərlər