Təbriz Mehr Klinikasında aylıq 20 manata, illik isə 240 manata check-up müayinədən keçmək mümkündür | 1news.az | Xəbərlər
Cəmiyyət

Təbriz Mehr Klinikasında aylıq 20 manata, illik isə 240 manata check-up müayinədən keçmək mümkündür

16:21 - 02 / 02 / 2016
Təbriz Mehr Klinikasında aylıq 20 manata, illik isə 240 manata check-up müayinədən keçmək mümkündür

1news.az-ın Bakıda yerləşən Təbriz Mehr Klinikasının rəhbəri,doktor Seyid Məhəmməd Moeinifərd ilə müsahibəsi:

- Doktor Seyid Məhəmməd bəy, xoş gördük. Təbriz Mehr Klinikası olaraq yeni müayinə paketini mövcud və yeni müştərilərə təqdim edirsiniz. Bu haqda geniş məlumat vermənizi istərdik.

- İlk öncə bütün oxucularımıza sağlamlıq istərdim. Bildiyiniz kimi,Prezidentin sahibkarlara dəstək çıxışından artıq hərkəsə məlum oldu ki, dövlətimizdə bütün sahibkarlar bu çətin günlərdə, keçid dövrümüzdə üzərlərinə düşən məsuliyyəti dərk etməlidir və hər kəs öz sahəsində xalqımıza yüksək xidmət göstərməlidir. Bu da həmçinin bizə agahdır. Biz də öz növbəmizdə Prezidentin buyurduğu kimi təmsil etdiyimiz səhiyyə sahəsində öz töhfəmizi verməyə səy göstəririk. Belə ki, qısa zamanda aldığımız qərarla bağlı “Vəfadar Müştərilər Klubu” paketi çərçivəsində illik check-up təklifi hazırladıq. Bu paketin mahiyyəti ondan ibarətdir ki, ölkəmizdə yaşayan hər bir vətəndaş sadəcə 240 AZN ödəyərək illik check up-dan yararlana bilər. Aylıq olaraq bu nuayinənin məbləği sadəcə 20 AZN təşkil edir. Bununla biz klinikalar arasında ilk bahalılıq streotipini müştərilər tərəfindən sındırmış oluruq. Öz növbəsində, insanlarımızın məhz xəstə olduğu dövrdə deyil, sağlamkən də paketdən yararlanmasını düşündük.

- “Vəfadar Müştərilər Klubu” paketi hərkəsə şamil olunurmu?

- Tam məqamında verilən bu suala cavabımız, bəli, hərkəsə şamildir. Böyükdən-kiçiyə, xəstəsindən sağlam insanına kimi hərkəs bu təklif paketindən yararlana bilər. Heçkim maddi vəziyyət səbəbindən klinikamızda müayinələrdən çəkinməsin. Əslində əsas məqsədimiz də buna xidmət edir.

- Bir ailə düşünək, bu paket bütün ailəyə şamil olunurmu, yoxsa ailənin hər bir üzvünə?

- Bildirək ki, “Vəfadar Müştərilər Klubu” paketimiz hər bir ailə üzvünə, yəni tək-tək şamil olunur.

- Yaş məhdudiyyəti varmı?

- Xeyr,heç bir yaş məhdudiyyəti yoxdur. Mövcud şərtlərlə bütün yaş kateqoriyasında olan hərkəs bu paketdən yararlana bilər. Məhdudiyyətimiz sadəcə məlum telefon nömrəmizə öncədən zəng olunması və bir də öz həkimlərimiz tərəfindən müraciət edən şəxsə analizlərin və diaqnostik prosedurların yazılmasıdır.

- Paket daxilində hansı tibbi müayinələr nəzərdə tutulub?

- Klinikamızda mövcud bütün şöbələrdəki xidmətlər paketimizdə əks olunur. Müraciət edən xəstəmiz fizioterapiyaya müraciət edirsə və əgər ki, eyni zamanda labaratoriyada da analiz verməlidirsə bu mütləq tərəfimizdən yerinə yetirilir. Onu da xatırladım ki, çoxlarına da məlumdur, laboratoriyada analizlər hər zaman baha olursa, biz bunu ödənişsiz həyata keçiririk. Qısacası, fəaliyyət göstərən bütün şöbələrdən yararlanmaq mümkündür.

- Bir müayinədən təkrar istifadə mümkündürmü və bu, hansı hallarda baş verir?

- Bəli, mümkündür. Tutaq ki, kardiologiya bölməmizə müraciət edən xəstəmiz həkim tərəfindən qoyulan diaqnoza əsasən hər ay gəlməlidirsə, hətta hər iki həftədən bir müayinədən keçməlidirsə, təkrar olaraq klinikamıza gələ bilər.

- Aydındır ki, klinika dediyimizdə ağla ilk gələn check up-dır ki, bu paketdə ona da yer ayırmısınızmı?

- Bu, məhz özlüyündə bir check-up paketidir, sadəcə digərlərindən fərqli olaraq illik check up-dır.

- Müayinələr yerli həkimlər, yoxsa iranlı həkimlər tərəfindən həyata keçirilir?

- Müayinələr həm yerli, həm də iranlı həkimlər tərəfindən həyata keçirilir. Bu mənada da biz, topladığımız təcrübədən yararlanaraq bu qərarı verdik. İnsanlarımızın iranlı həkimlərə etibar etməsi və bunun getdikcə artması bizi sevindirən və işimizə olan inamı artıran amillərdəndir.

- Paketin müddəti nə qədərdir?

- “Vəfadar Müştərilər Klubu” paketimiz, müraciət edən şəxsin qeydiyyat günündən 1 il tamam olana qədər müddəti əhatə edir. Bu bir il ərzində də istənilən vaxtı müraciət etmək mümkündür.

- Hansı hallarda cəmiyyətimizdə fəaliyyət göstərən bir sıra bankların müştərilərinə təklif etdiyi kart sahibləri bu paketdən yararlana bilər?

- Bütün bank kart sahibləri bu paketdən yararlana bilər, eyni zamanda bir sıra kredit şəklində ödəməli kartlardan da klinikamızda müştərilər tərəfindən istifadə edilə bilər.

- Banklardan söz düşmüşkən, istər dövlət istərsə də özəl qurumlarada bu paket şamil olunurmu?

- 2012-ci ildən fəaliyyət göstərən Təbriz Mehr Klinikası olaraq, 3 ildən çoxdur ki, korporativ şəkildə də adını çəkdiyiniz qurumlara da xidmət göstəririk. Əlbəttə ki, bu qurumlar da bu paketimizdən yararlana bilərlər.

Paylaş:
7010

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər