Azərbaycan dövlətinin siyasətində gənclərə qayğı mühüm yer tutur – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan dövlətinin siyasətində gənclərə qayğı mühüm yer tutur – FOTO

16:37 - 02 / 02 / 2016
Azərbaycan dövlətinin siyasətində gənclərə qayğı mühüm yer tutur – FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) işçilərinin Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 2 Fevral – Gənclər Günü ilə əlaqədar FHN-in Akademiyasında tədbir keçirilib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, tədbirdə fövqəladə hallar nazirinin müavinləri, tibb xidməti general-leytenantı Faiq Tağızadə və general-leytenant Etibar Mirzəyev, Prezident Administrasiyasının, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları və FHN-in əməkdaşları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri qoyublar.

Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildən başlayaraq fevralın 2-nin hər il Azərbaycanda Gənclər Günü kimi qeyd edildiyini, həmin gündən sonra digər ölkələrdə də gənclər gününün keçirilməyə başlandığını bildirən FHN işçiləri Həmkarlar İttifaqı Komitəsinin sədri Mehman İsmayılov ölkəmizdə dövlət tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan söz açıb.

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Azərbaycanda gənclərin idmanın inkişafında fəal rol oynadıqlarını qeyd edib. Bildirilib ki, ölkəmizdə tikilən gənclər və olimpiya mərkəzləri gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi, onların idmana cəlb olunması baxımından böyük əhəmiyyətə malikdir. Hazırda Azərbaycan idmançıları dünyanın müxtəlif ölkələrindəki beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil və təbliğ edir, onlara dövlətimiz tərəfindən göstərilən etimadı layiqincə doğruldurlar.

General-leytenant Etibar Mirzəyev FHN-in rəhbərliyinin təbrikini çatdırıb, ölkəmizdə gənc nəslə göstərilən yüksək dövlət qayğısından bəhs edib. O vurğulayıb ki, gənc nəsil ölkəmizin müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin qəhrəmanlığından nümunə götürməli, Vətənimizin müstəqilliyini qorumaq və gələcək nəsillərə çatdırmaq kimi müqəddəs amala xidmət etməlidir.

Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə ilk dəfə gəlişindən sonra gənclər xüsusi diqqət və qayğı ilə əhatə olunublar. Gənclərimizə qayğı bir ənənə halına çevrilib. Hər bir gənc Azərbaycan dövlətinin bu günü və gələcəyi üçün çalışmalıdır.

Yanğın hadisələri zamanı xilasetmə işlərində iştirak edən gənc xilasedicilərin böyük fədakarlıq göstərməsini xüsusi vurğulayan E.Mirzəyev belə gənclərin formalaşmasında və kadr potensialının yetişdirilməsində FHN-in Akademiyasının əhəmiyyətini qeyd edib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov gəncləri bayram münasibətilə təbrik edib, belə tədbirlərin təşkil olunmasının əhəmiyyətini vurğulayıb. Bildirilib ki, bu gün gənclər respublikanın ictimai-siyasi həyatında fəal inkişaf edir və dövlətçiliyimizin möhkəmlənməsində və sosial-iqtisadi vəziyyətimizin daha da yaxşılaşmasında mühüm rol oynayırlar.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev deyib ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətdə gənclərə qayğı mühüm yer tutur. Məhz Ümummilli Liderin təşəbbüsü ilə 2 fevral - Gənclər Günü təsis olunub. Bu gün Azərbaycan gənclərinin problemsiz yaşamaları, təhsil almaları və fəaliyyətləri üçün dövlətimiz tərəfindən hər cür şərait yaradılıb.

“Ölkədə gənclər siyasətinin formalaşdırılmasında ümummilli lider Heydər Əliyevin böyük xidmətləri olub. Ulu öndər sovet dövründə azərbaycanlı gənclərin nüfuzlu ali məktəblərdə təhsil almasında, istedadlı gənclərin irəli çəkilməsində və Azərbaycan müstəqillik əldə etdikdən sonra isə gənclər sahəsində qanunvericilik bazasının hazırlanmasında, gənclər forumlarının keçirilməsində mühüm işlər görüb.

Əsasını Ulu Öndərin qoyduğu uzaqgörən siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının gənclərə diqqət və qayğısı nəticəsində ölkəmizdə bu sahədə mühüm tədbirlər həyata keçirilir. Prezident yanında Gənclər Fondu, regionlarda Gənclər evləri, mərkəzləri və digər mühüm qurumlar fəaliyyət göstərir. Gənclərlə bağlı inkişaf strategiyası və müxtəlif illərdə dövlət proqramları qəbul edilib. Gənclər sahəsinə ayrılan vəsaitin miqdarı əvvəlki illərə nisbətən dəfələrlə artıb. Gənclər Fondu gənclər təşkilatlarının və fərdi gənclərin müxtəlif ideya, təşəbbüs və layihələrini dəstəkləyir”, – deyə V.Quliyev bildirib.

Sonra Fövqəladə Hallar Nazirliyinin struktur bölmələrində çalışan, vəzifə borcunu layiqincə yerinə yetirərək xidmətdə xüsusi fərqlənən gənc əməkdaşlar fəxri fərmanla və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

1news.az

Paylaş:
1105

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər