İntiqam Babayev: “Son 20 il ərzində gənclər sahəsində böyük uğurlar əldə olunub”
Bakıda Gənclər Fondunun 2015-ci ilin yekunlarına və Gənclər gününə həsr olunmuş hesabat konfransı keçirilib.
“Hər il gənclərin Fonda təqdim etdiyi layihələrin sayı artır”
Bu haqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Fondun Müşahidə şurasının sədri Tahir Süleymanov bildirib.
“Ötən il 7-ci qrand müsabiqəsi çərçivəsində Fonda 1220 layihə təqdim olunub ki, onlardan 468-i dəstəklənib.
“8-ci qrant müsabiqəsində Fonda 1800 layihə təqdim olunub”, - o deyib.
T.Süleymanovun sözlərinə görə, 4 il müddətində Fond tərəfindən ümumilikdə, 13.5 milyon manat həcmində 2333 layihə dəstəklənib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini, Müşahidə Şurasının sədr müavini İntiqam babayev qeyd edib ki, son 20 il ərzində gənclər sferasında böyük uğurlar əldə edilib.
“Gənclər və İdman Nazirliyi yaranan gündən biz gənclər təşkilatlarına yardım edir, gənclərinlayihələrini dəstəkləyirik”, - o, deyib.
O, xatırladıb ki, 2011-ci ildə yaradılan Gənclər Fondu gənclərin yüzlərlə layihə, ideya və təşəbbüsləri dəstəkləyib.
Tədbirdə iştirak edən deputat Fuad Muradov qeyd edib ki, Gənclər Fonduna daxil olan müraciətlərin artması müsbət haldır.
“Bu gün gənclərin imkanı var ki, fərdi olaraq internet vasitəsilə öz layihələrini təqdim edib reallaşdırsınlar”, - o , deyib.
Bundan əlavə tədbirdə “İrəli” İB-nin sədri Mirhəsən Seyidov, “Yeni Azərbaycan “partiyasının gənclər birliyinin sədri Seymur Orucov və digərləri çıxış edib.
Qeyd edək ki, Gənclər Fondu “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 19 dekabr tarixli 542 nömrəli Fərmanına əsasən təsis olunub.
Xatırladaq ki, 2 fevral Azərbaycanda Gənclər günü kimi qeyd olunur.
1news.az