Bakıda kişini maşın vuraraq öldürdü | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda kişini maşın vuraraq öldürdü

17:12 - 02 / 02 / 2016
Bakıda kişini maşın vuraraq öldürdü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

1news.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, fevralın 2-də saat 01:00 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini Əyyam Şəkərəliyev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən 50-55 yaşlı kişini vurub və  həmin şəxs xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

1news.az

Paylaş:
818

Son xəbərlər

Bütün xəbərlər