Azərbaycanda fevralın 1-də 100 cinayət faktı qeydə alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda fevralın 1-də 100 cinayət faktı qeydə alınıb

17:46 - 02 / 02 / 2016
Azərbaycanda fevralın 1-də 100 cinayət faktı qeydə alınıb

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 100 cinayət faktı qeydə alınıb.

Daxili İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, onların da 24-ü “isti izlər”lə açılıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 26 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 4 nəfər isə yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 59 nəfər tutulub.

1news.az

Paylaş:
822

Son xəbərlər

Bütün xəbərlər