Su İdmanı sarayı SPA və Beauty xidmətini təqdim edir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Su İdmanı sarayı SPA və Beauty xidmətini təqdim edir - FOTO

12:21 - 02 / 02 / 2016
Su İdmanı sarayı SPA və Beauty xidmətini təqdim edir - FOTO

Avropa Oyunları zamanı inşa olunmuş respublikanın ən iri idman komplekslərindən biri olan Su İdmanı sarayı SPA və Beauty mərkəzini əhalinin xidmətinə verib.

Kompleksin SPA mərkəzi kişi və qadınlar üçün ayrılıqda tikilmiş iki guşədən ibarətdir. Burada quru sauna, buxar otağı, müxtəlif hidro-masaj effektli duş kabinələri, müasir standartlarla hazırlanmış cakuzi hovuzu və SPA kafe qonaqların tam rahatlığını təmin edir. Mərkəzdə həmçinin rahatlaşdırıcı-relaks masaj, idman, terapevtik və sağlamlıq masajları da təqdim olunur.

Su İdmanı sarayının Aquatic Beauty gözəllik mərkəzi hər gün qadın, kişi və uşaqların xidmətindədir. Gözəllik mərkəzində saçlara qulluq, vizaj, dırnaqlara qulluq, lazer və kosmetologiya xidmətləri təqdim olunub.

Qeyd edək ki, hazırda Su İdmanı sarayında “Dost-dosta tən gərək” kampaniyası davam edir. Belə ki, dostu ilə birlikdə abunəlik əldə edən hər kəs həm özü, həm də dostu üçün bonus günləri qazanır. Abunəliyin müddətindən asılı olaraq bonus günlərinin sayı 7, 10, 14 gün, hətta 1 ay təşkil edir.

Su İdmanı sarayında abunəlik əldə edən hər kəs kompleksdə təqdim olunan Mini funksional treninq, Zumba, Pilates, İnterval treninq, Yoqa, TBC, Be-fit, GAL, Krossfit, Sayklinq, Campinq, İntensiv Şeypinq, Ciu-citsu, Stretçinq, ABS/Press, Akva Aerobika, Akva Gym, Akva TBC və s. kimi dərslərə tamamilə PULSUZ giriş əldə edir.

Su İdmanı sarayı sağlam həyat tərzinə üstünlük verən və ideal bədən quruluşuna sahib olmaq istəyən hər kəsi “Dost dosta tən gərək” kampaniyasına qoşulmağa dəvət edir.

Qeyd edək ki, respublikanın ən iri idman komplekslərindən biri olan Su İdmanı sarayı qapılarını həm uşaq, həm də böyüklər üçün açıb. Ümumi sahəsi 2500 kv.m olan fitnes mərkəzi müxtəlif idman növləri üçün nəzərdə tutulub. Ümumilikdə 8 zalı olan fitnes mərkəzində əlavə olaraq rəqs, yoqa, pilates, zumba, sayklinq qrupları və s. məşqlər üçün 1500 kv.m sahə ayrılıb. Su İdmanı sarayında həm peşəkar, həm də həvəskar üzgüçülər üçün nəzərdə tutulmuş və regionda analoqu olmayan hovuzlar ən son texnologiya və standartlara uyğun olaraq tikilib. Hovuzun suyu daimi olaraq dövriyyə prosesi zamanı xüsusi avadanlıqlarla təmizlənir, dərinlik isə müasir texnologiya ilə tənzimlənir. Mərkəzdə həmçinin qadın, kişi və uşaqlar üçün nəzərdə tutulmuş gözəllik salonu, SPA, terapiya və masaj kabinələri, uşaq guşəsi və xüsusi dietik menyu təqdim olunan restoran fəaliyyət göstərir.

Bundan əlavə, kompleksin ətrafında 500 avtomobilin dayanacağı üçün nəzərdə tutulmuş parkinq mövcuddur.  Su İdman sarayının iş saatları hər gün saat 07:00-dan 23:00-a qədərdir.

Ünvan: Bayıl qəsəbəsi, Akademik Əhəd Yaqubov küç., 15

Əlaqə nömrəsi: 012 491 91 91

Paylaş:
15818

Son xəbərlər

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi19 / 05 / 2024, 21:12İran Prezidentinin olduğu helikopter qəzaya uğradı - YENİLƏNİB19 / 05 / 2024, 20:59“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir19 / 05 / 2024, 12:44Azərbaycan ilə İranın dövlət sərhədində İlham Əliyevin və İbrahim Rəisinin görüşü olub - FOTO19 / 05 / 2024, 12:32Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib18 / 05 / 2024, 18:04Qarabağ Universitetinin bukleti hazırlanıb18 / 05 / 2024, 17:47Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyub18 / 05 / 2024, 17:30Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 17:08“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİB18 / 05 / 2024, 16:45İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 16:29Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 16:26İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyub18 / 05 / 2024, 16:24Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub - FOTO18 / 05 / 2024, 16:18Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA18 / 05 / 2024, 15:58Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub18 / 05 / 2024, 15:39“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTO18 / 05 / 2024, 15:11Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEO18 / 05 / 2024, 14:27Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib18 / 05 / 2024, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub18 / 05 / 2024, 13:43
Bütün xəbərlər