Çingiz Abdullayev Zahid Orucun ittihamlarına cavab verdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Çingiz Abdullayev Zahid Orucun ittihamlarına cavab verdi

13:49 - 03 / 02 / 2016
Çingiz Abdullayev Zahid Orucun ittihamlarına cavab verdi

Çingiz Abdullayev 4 deyil, 18 vəzifə tutur. Bunlardan 11- beynəlxalq miqyaslıdır.

1news.az xəbər verir ki, bu haqda Azərbaycan Pen Klubunun mətbuat xidmətindən məlumat verilib.

Xatırladaq ki, bir müddət əvvəl deputat Zahid Oruc bir neçə vəzifə tutan bəzi məmurların, o cümlədən Çingiz Abdullayevin həmin vəzifədən uzaqlaşdırılmasını təklif etmişdi.

Pen-Klubun bəyanatında deyilir ki, 18 vəzifənin hər biri ictimai xarakter daşıyır və dövlət vəzifəsi deyil.  

“O, məmur deyil, bütün vəzifələri seçki ilə müəyyənləşib və ödənişli deyil. Onun vəzifədən uzaqlaşdırılması üçün yeni seçki keçirilməlidir. Ç.Abdullayevi əvəz edəcək şəxs onunla eyni nüfuza malik olmalıdır. Burada heç bir qınaətdən söhbət gedə bilməz cünki vəzifələrin heç biri ödənişli deyil!

Ödəniş aldığı vəzifə yalnız Yazıçılar Birliyindədir və onu əməkdaşlar arasında paylayır.

Jurnalistlərin nəzərinə çatdırılır ki, Çingiz abdullayevin rəhbərlik etdiyi heç bir qurumda xidməti maşını yoxdur.

Seçki ilə müəyyənləşən ictimai vəzifələri dövlət vəzifələrindən fəqləndirə bilməyən deputata yalnız təəssüf etmək lazı gəlir”,- məlumatda deyilir.

Xatırladaq ki ,bir müddət əvvəl Milli Məclisin deputatı Zahid Oruc parlamentin plenar iclası zamanı bir neçə vəzifə tutan şəxlərin işdən uzaqlaşdırılmasını təklif edib.

“ Yazıçı Çingiz Abdullayev bildirib ki, 4 uşaq atasını qoruya bilmir. Mən onun narahatlığını anlayıram. Lakin onun narahatlığı özünə də aiddir, cünki özü 4 vəzifə tutur”.

1news.az

 

Paylaş:
746

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər