DİN Milli Məclisin deputatına qarşı soygunçuluq xəbərinə açıqlama verib
Çərşənbə günü 3 fevral tarixində bir çox Azərbaycan KİV-ləri Milli Məclisin deputatının soyğunçuluqla üzləşdiyi haqqında məlumat verilib, lakin deputatın adı qeyd olunmayıb.
Məlumatda deyilirdi ki, deputatın evindən 120 min dollar oğurlanıb. Guya oğrunu tutmaq cəhdi olsa da, o, qaçıb.
Bu xəbərə münasibət bildirməsi üçün 1news.az informasiya agentliyi Azərbaycan Daxili İşlər Nazirliyinə müraciət edib.
DİN-in mətbuat xidmətinin rəhbəri polkovnik- leytenant Orxan Mansurzadənin 1news.az-a verdiyi məlumata görə, bu xəbər uydurmadır. “120 min dolların oğurlanması ilə bağlı şikayət vətəndaş Elmira Mehdiyeva tərəfindən verilib. Faktla bağlı əməliyyat araşdırma tədbirləri həyata keçirilir”,- deyən O. Mansurzadə qeyd edib ki, KİV-lər yalan məlumat yaymamalıdır.
1news.az