Azərbaycanın işğal edilmiş ərazilərində 13 dünya, 292 milli, 330 yerli əhəmiyyətli abidə dağıdılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın işğal edilmiş ərazilərində 13 dünya, 292 milli, 330 yerli əhəmiyyətli abidə dağıdılıb

16:49 - 03 / 02 / 2016
Azərbaycanın işğal edilmiş ərazilərində 13 dünya, 292 milli, 330 yerli əhəmiyyətli abidə dağıdılıb

“Ermənistanın işğal etdiyi ərazilərdə 13 dünya əhəmiyyətli, 292 milli əhəmiyyətli, 330 yerli əhəmiyyətli abidə dağıdılıb və ya istifadəyə yararsız hala salınıb. 804 qəbiristanlıq və 10 məscid talan və təhqir edilib, 40 min eksponatın saxlandığı 22 muzey və dörd rəsm qalereyası vəhşicəsinə yerlə-yeksan olunub. Dağıdılmış və yandırılmış 927 kitabxanada 4,6 milyon nüsxə kitab və qiymətli əlyazmalar məhv edilib”.

1news.az xəbər verir ki, bu barədə Müəllif Hüquqları Agentliyinin (MHA) illik hesabatında qeyd olunub. Hesabatda bildirilib ki, ötən il Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycana məxsus Qarabağ atları ilə bağlı uydurmalar və təndirin ermənilər tərəfindən özününküləşdirilməsi, Azərbaycanın qədim milli rəqslərindən olan “Köçəri”nin erməni milli dəyəri kimi UNESCO-nun Dünya Mədəni İrs siyahısına daxil edilməsi üçün məsələ qaldırılması ilə əlaqədar Agentliyin tarixi faktlara, elmi və etimoloji əsaslara və mənbələrə istinadla hazırladığı arayış və şərhlərdə erməni iddialarının əsassızlığı göstərilib.

Hesabatda qeyd olunub ki, Agentlikdə erməni saxtakarlıqlarını ifşa edən “Erməni yadelli nağılları” kitabı və “Gəldim, gördüm..., mənimsədim” kitabçası Azərbaycan, rus, ingilis və fransız dillərində təkrar nəşr edilib, “Erməni tarixi uydurmalarının tarixinə giriş”, “Öz-özünü təkzib edən “erməniçilik müəlliflik hüququ” və “Əqli mülkiyyət: folklorun və ənənəvi biliklərin qorunması və erməni plagiatçılığı” kitabçaları çap olunub.

Paylaş:
558

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər