Kitab satışı, audio-video məhsul bazarında piratçılığın səviyyəsi azalıb
“Piratçılığın səviyyəsinin azaldılması istiqamətində görülən tədbirlər nəticəsində 2005-ci illə müqayisədə kitab satışı sahəsində piratçılıq 61%-dən 30%-ə, audio-video məhsul bazarında 90%-dən 65%-ə, proqram təminatında 96%-dən 85%-ə düşüb”.
1news.az xəbər verir ki, bu haqda Müəllif Hüquqları Agentliyinin (MHA) illik hesabatında bildirilib.
Hesabatda qeyd olunub ki, ötən il ərzində 236 müəllifin 703 əsəri qeydiyyatdan keçirilib: “Əsərin qeydiyyatı haqqında 458 şəhadətnamə verilib, o cümlədən “Elektron xidmət” bölməsi vasitəsilə müəlliflərin 35 müraciəti əsasında 40 əsər qeydiyyatdan keçirilib və əsərin qeydiyyatı haqqında 40 şəhadətnamə verilib. Bununla yanaşı, hesabat ilində 13 müqavilə qeydiyyata alınıb”.
Müəlliflərin və digər hüquq sahiblərini n qaldırdıqları problemlərin daha operativ şəkildə həll etmək məqsədilə Agentlikdə açılmış 960 nömrəli “Qaynar xətt” və ictimai əsaslarla fəaliyyət göstərən “Hüquq məsləhətxanası” il ərzində onların istifadəsində olub . Belə ki, hesabat dövründə 1400-dən artıq şəxsin Agentliyə müraciət və sorğuları operativ şəkildə cavablandırılıb, müəlliflər və hüquq sahiblərinin müraciətləri əsasında iddia ərizələrinin tərtib edilməsinə kömək göstərilib, müxtəlif məhkəmə instansiyalarında keçirilib 30 məhkəmə iclasında iştirak edib , dövlət, məhkəmə orqanlarının və hüquq sahibləri nin sorğuları əsasında müəllif-hüquq məsələləri ilə bağlı 13 ekspert rəyi hazırlanıb .
1news.az