Bərdədə “Qurani Kərim və Peyğəmbər sünnəsində radikallığa baxış” mövzusunda tədbir keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bərdədə “Qurani Kərim və Peyğəmbər sünnəsində radikallığa baxış” mövzusunda tədbir keçirilib

17:41 - 03 / 02 / 2016
Bərdədə “Qurani Kərim və Peyğəmbər sünnəsində radikallığa baxış” mövzusunda tədbir keçirilib

Bərdə rayonunun Uğurbəyli kəndində “Qurani-Kərim və Peyğəmbər sünnəsində radikallığa baxış” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.

1news.az-ın məlumatına görə, tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Bərdə rayonu “Uğurbəyli” kənd məscidi dini icmasının həyata keçirdiyi “Dindarların radikal təsirlərindən qorunması” layihəsi çərçivəsində baş tutub.

Bərdə rayonu Uğurbəyli kənd məscidində təşkil olunmuş tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin məsləhətçisi Fuad Şirinov, dini icmanın sədri Səbuhi Hacıyev, Bərdə Rayon İcra Hakimiyyətinin nümayəndəsi Eldəniz Səfərov, dindarlar, dini icmanın üzvləri, ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Bərdə rayonu Uğurbəyli kənd məscidi dini icmasının sədri Səbuhi Hacıyev layihə çərçivəsində həyata keçiriləcək maarifləndirmə tədbirlərinin əhəmiyyətindən söhbət açaraq, dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayrılması barədə Sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirib.

Tədbirdə eyni zamanda Uğurbəyli kənd məscidi dini icmasının üzvü Yelmar Məmmədov, kənd üzrə dini ayinlərin icraçısı Şahin Bəbişov, kənd üzrə dini ayinlərin icraçısı Qurban Hacıyev, kənd dindarlarından Muradov Qırımxan da çıxış edərək mövzu ilə bağlı öz fikirlərini iştirakçılarla bölüşüblər.

Çıxış edən natiqlər radikalizmin fəsadlarından, gəncləri qeyri-ənənəvi dini cərəyanların təsirinə düşməkdən çəkindirmə yollarından bəhs ediblər.

1news.az

Paylaş:
743

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər