"Texnikabank" Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb
"Texnikabank" ASC Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb və ona verilmiş şəhadətnamə ləğv edilib.
Bu haqda 1news.az Fondun saytına istinadla xəbər verir.
Məlumatda qeyd olunur ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 1 fevral 2016-cı il tarixli, 10/1 saylı qərarı ilə “Texnikabank” ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş 24.02.1994-cü il tarixli, 198 saylı lisenziyanın ləğv edilməsi ilə əlaqədar olaraq, 30 iyul 2007-ci il tarixdə 19 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Texnikabank” ASC 03 fevral 2016-cı il tarixində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb və ona verilmiş şəhadətnamə ləğv edilib.
1news.az