2016-cı ildə "Yahoo!" işçi ştatını 15% azaldıb 5 ofisini bağlamağı planlaşdırır | 1news.az | Xəbərlər
İqtisadiyyat

2016-cı ildə "Yahoo!" işçi ştatını 15% azaldıb 5 ofisini bağlamağı planlaşdırır

09:25 - 03 / 02 / 2016
2016-cı ildə "Yahoo!" işçi ştatını 15% azaldıb  5 ofisini bağlamağı planlaşdırır

Dəyişikliklərin əksəriyyətinin 2016-cı ilin I rübündə edilməsi planlaşdırılır

1news.az interfaks-a istinadən xəbər verir ki, bu barədə şirkətin press-relizində bildirilir.

Amerikanın "Yahoo!" şirkəti işçi ştatının 15 faiz azaldılması, həmçinin 5 şəhərdə eyni sayda bölməsinin bağlanması planları barədə rəsmi məlumat yayıb.

" "Yahoo!" öz işçi ştatını təqribən 15 faiz azaltmaq və Dubay, Mexiko, Buenos-Ayres, Madrid və Milandakı 5 ofisinin fəaliyyətini dayandırmağı planlaşdırır", — deyə şirkətdən qeyd olunub.

Uoll-Strid iqtisadçısının proqnozlarına görə, 2015-ci ildə şirkətin EBITDA –sı 1 milyard dollar aşağı enərək 900 milyon dollar təşkil edir ki, bu da 6 il ərzində ən aşağı həddir.

Dəyişikliklərin əksəriyyətinin 2016-cı ilin I rübündə edilməsinin planlaşdırıldığı vurğulanır.

1news.az

Paylaş:
646

Son xəbərlər

Bütün xəbərlər