Azərbaycanda iki nəfər intihar edib
Azərbaycanda bir gündə iki intihar hadisəsi baş verib.
1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, intihar hadisələrindən biri paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb.
Qaradağ rayon Polis İdarəsindən verilən məlumata görə, Qəsəbə sakini, 1989-cu il təvəllüdlü Zaur Fariz oğlu Qəniyev yaşadığı ünvanda özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Şirvan şəhərində də intihar hadisəsi baş verib.
Belə ki, bu gün səhər saatlarında Şirvan sakini, Mehmandarov küçəsi, ev 16-da yaşayan 1973-cü il təvəllüdlü Ağayev Səfayət Malik oğlunun meyiti yarımçıq tikilidə asılmış vəziyyətdə aşkar edilib. İntiharın hansı səbəbdən baş verdiyi araşdırılır.
S.Ağayevin intihardan əvvəl məktub yazdığı bildirilir. Məktubun məzmunu açıqlanmır.
Hər iki faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
1news.az