Dövlət Statistika Komitəsində Beynəlxalq Valyuta Fondunun nümayəndəsi ilə görüş keçirilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dövlət Statistika Komitəsində Beynəlxalq Valyuta Fondunun nümayəndəsi ilə görüş keçirilib

12:39 - 03 / 02 / 2016
Dövlət Statistika Komitəsində Beynəlxalq Valyuta Fondunun nümayəndəsi ilə görüş keçirilib

Fevralın 1-də Dövlət Statistika Komitəsinin sədri cənab Tahir Budaqov Beynəlxalq Valyuta Fondunun Azərbaycan Yaxın Şərq və Mərkəzi Asiya üzrə departament direktorunun köməkçisi cənab Mohammed El Qorchi və Dünya bankının Azərbaycandakı nümayəndəliyinin əməkdaşı Nadir Ramazanovla görüşüb.

1news.az-a Dövlət Statistika Komitəsindən verilən məlumat görə, görüşündə Ümumi daxili məhsulun hesablanmasında istifadə olunan statistik məlumatlar və istehlak qiymətləri indeksinin hesablanması metodları müzakirə olunub .  

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov nümayəndələri salamlayaraq, Dövlət Statistika Komitəsi ilə Beynəlxalq Valyuta Fondu arasındakı qarşılıqlı əməkdaşlığı müsbət qiymətləndirdiyini, bu əməkdaşlığın başlanma tarixinin Azərbaycanın müstəqillik qazandığı dövrə təsadüf etdiyini bildirib.

O qeyd etmişdir ki, 2008-ci ilin fevral ayında Beynəlxalq Valyuta Fondunun ekspertləri istehlak qiymətlərinin, 2013 - 2014-cü illərdə isə ümumi daxili məhsulun hesablanmasında istifadə olunan statistik metodologiyaların təkmilləşdirilməsində Komitəyə dəstək göstəriblər. Öz növbəsində, cənab Mohammed El Qorchi iki təşkilat arasında münasibətlərin uğurlu inkişafından məmnun olduğunu söyləmiş, müxtəlif sahələr üzrə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğunu qeyd edib. Görüş zamanı Tahir Budaqov nümayəndələrə Komitənin fəaliyyəti və gələcəkdə ölkə statistika sisteminin qarşısında duran mühüm vəzifələr, statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılması məqsədilə statistika sistemində aparılan təkmilləşdirilmə prosesi, ayrı-ayrı icra orqanlarında mövcud olan məlumat bazalarının inteqrasiyasının təşkili və təkmilləşdirilməsi haqqında geniş məlumat verib. Cənab El Qorchi Beynəlxalq Valyuta Fondunun Azərbaycandakı fəaliyyəti haqqında və növbədə duran işlər haqqında məlumat verdi. Sonda cənab Tahir Budaqov nümayəndələrə Dövlət Statistika Komitəsi ilə Beynəlxalq Valyuta Fondu arasında əməkdaşlığın Azərbaycanın sosial, iqtisadi inkişafına xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

1news.az

Paylaş:
641

Son xəbərlər

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edibBu gün, 12:55Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıbBu gün, 12:47
Bütün xəbərlər