İran ölkəmizdə dərman istehsalı müəssisəsi yaratmaq istəyir | 1news.az | Xəbərlər
Cəmiyyət

İran ölkəmizdə dərman istehsalı müəssisəsi yaratmaq istəyir

1news Redaksiyası22:29 - 04 / 02 / 2016
İran ölkəmizdə dərman istehsalı müəssisəsi yaratmaq istəyir

İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan İran İslam Respublikasının Sosial Müdafiə Təşkilatı sədrinin vəzifələrini icra edən Rza Raeinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

1news.az-ın məlumatına görə, R.Raei təmsil etdiyi qurum və quruma daxil olan əczaçılıq məhsulları istehsalçısı “Darou pakhsh” şirkəti barədə məlumat verib.

Görüşdə Azərbaycanda dərman istehsalının təşkili sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb.

İran tərəfi ölkəmizdə dərman istehsalı müəssisəsinin yaradılmasına dair təkliflərini Azərbaycan tərəfinə təqdim edib. Təkliflər öyrəniləcək və həyata keçirilməsi imkanları araşdırılacaq.

1news.az

 

Paylaş:
728

Son xəbərlər

Türkiyədə zəlzələ olub

09 / 11 / 2026, 17:23

Yaponiyada zəlzələ olub

09 / 11 / 2026, 13:45
Bütün xəbərlər