Qara Qarayevin xatirəsinə həsr olunmuş konsert keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Qara Qarayevin xatirəsinə həsr olunmuş konsert keçiriləcək

23:01 - 04 / 02 / 2016
Qara Qarayevin xatirəsinə həsr olunmuş konsert keçiriləcək

Fevralın 5-də saat 19:00-da Azərbaycan Dövlət Filarmoniyasında dahi Azərbaycan bəstəkarı Qara Qarayevin anadan  olmasının  98 illiyinə  həsr olunmuş tədbir keçiriləcək.

1news.az-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, gecədə Qara Qarayevin, Fərəc Qarayevin və Dmitri Şostakoviçin əsərləri səslənəcək.

Konsertdə İspaniyada təhsil alan, Beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü, gənc skripkaçı  Elvin Qəniyevin və Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında D.Şostakoviçin skripka və orkestr üçün 1 saylı konserti, Fərəc Qarayevin  “Quasi una Fantasia” və Q.Qarayevin 2 saylı simfoniyası ifa olunacaq.

1news.az

 

Paylaş:
619

Son xəbərlər

Bütün xəbərlər