Respublikanın bəzi rayonlarının təbii qaz təchizatı məhdudlaşdırılacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Respublikanın bəzi rayonlarının təbii qaz təchizatı məhdudlaşdırılacaq

23:08 - 04 / 02 / 2016
Respublikanın bəzi rayonlarının təbii qaz təchizatı məhdudlaşdırılacaq

Fevralın 5-də respublikanın,  bəzi rayonlarının təbii qaz təchizatı məhdudlaşdırılacaq

1news.az-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, fevralın 5-də saat 10-dan 18-dək SOCAR-ın “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Laçın qaçqınları”, Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Sığırlı”, Astara magistral qaz kəmərləri sahəsinin “İmişli”, “Axundov”, “Saatlı”, “Qaracalar” və “Otuzikilər” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir müddətində Kürdəmir rayonunun Sığırlı, Şohralı və Ərəbqubalı kəndlərinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Bakının Xəzər rayonunun Laçın qaçqınları şəhərciyi, eyni zamanda, İmişli, Saatlı və Sabirabad rayonlarının bir hissəsinin təbii qaz təchizatına təsir göstərməsi də mümkündür.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən isə bildiriblər ki, fevralın 5-də Abşeron, Binəqədi, Xəzər, Sabunçu, Suraxanı, həmçinin Hacıqabul, Şabran, Sabirabad və Lənkəran rayonlarınin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Məlumatda bildirilir ki, Bakı Regional Qaz İstismarı Departamentinin tabeçiliyində olan inzibati rayonların ərazilərindəki qaz xətlərində aşkar olunmuş qaz sızmalarının ləğvi və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə fevralın 5-də saat 09:30-dan işlər yekunlaşanadək Abşeron rayonu Xırdalan şəhərının bir hissəsi və Qobu, Güzdək, Hökməli qəsəbəsi ərazilərində, Binəqədi rayonunun Binəqədi, Biləcərı, Sulutəpə və Çiçək qəsəbəsi ərazilərində, Xəzər rayonunun Mərdəkan, Zirə və Şüvalan qəsəbəsi ərazilərində, Sabunçu rayonunun Pirşağı və Nardaran qəsəbələrində, Suraxanı rayonunun Hövsan kənd ərazisi və Bülbülə qəsəbəsində, həmçinin saat 10:00-dan 17:00-dək Hacıqabul,Sabirabad və Şabran rayonlarının, saat 10:00-dan 16:00-dək isə Lənkəran rayonunun bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

1news.az

 

Paylaş:
668

Son xəbərlər

Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09
Bütün xəbərlər