Tehranda xalq şairi Zəlimxan Yaqubun anım tədbiri keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Tehranda xalq şairi Zəlimxan Yaqubun anım tədbiri keçiriləcək

1news Redaksiyası23:25 - 04 / 02 / 2016
Tehranda xalq şairi Zəlimxan Yaqubun anım tədbiri keçiriləcək

“İran Aşıqlar Birliyi”nin təşkilatçılığı ilə fevralın 14-də İranın paytaxtı Tehran şəhərində Azərbaycanın xalq şairi Zəlimxan Yaqubun anım tədbiri keçiriləcəkdir.

1news.az-ın məlumatına görə, Tehranın “Əndiyşə” Mədəniyyət sarayında keçiriləcək tədbirdə İranın 11 şəhərindən 130-a yaxın ustad aşıqların iştirakı planlaşdırılıb.

Tədbirdə açılış nitqi ilə İranın mədəniyyət və islami irşad nazirinin müavini Əli Muradxani, Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundovun, bir sıra dövlət və ictimai xadimlərin çıxışı nəzərdə tutulub.

Eyni zamanda tədbirdə “Azərbaycan Aşıqlar Birliyi” tərəfindən əməkdar mədəniyyət işçisi Rəhman Ələsgərovun rəhbərlik etdiyi “Rasim” falklor qrupunun və əməkdar mədəniyyət işçisi Sərdar Məmmədovun iştirakı nəzərdə tutulub.

1news.az

 

Paylaş:
630

Son xəbərlər

Türkiyədə zəlzələ olub

09 / 11 / 2026, 17:23

Yaponiyada zəlzələ olub

09 / 11 / 2026, 13:45
Bütün xəbərlər