Azərbaycanda iki məhbus dünyasını dəyişdi
Azərbaycanda iki məhbus dünyasını dəyişib.
1news.az xəbər verir ki, Qaradağ rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Qobustan həbsxanasında cəza çəkən, ömürlük məhbus, 1975-ci il təvəllüdlü Sübhay Əşrəf oğlu İbrahimov özünü asaraq intihar edib.
Qeyd edək ki, S.İbrahimov 2015-ci ildə Cinayət Məcəlləsinin 6 maddəsi ilə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilib.
Digər ölüm faktı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin cəzaçəkmə müəssisində qeydə alınıb.
Nazirliyin Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanovun sözlərinə görə, fevralın 3-də 10 saylı cəzaçəkmə müəssisəsindəsəhər yoxlaması zamanı məhkum Bədəlov Rahil Zahir oğlu qəflətən dünyasını dəyişib. Onun ürək xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Hər iki faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
1news.az