“Azəryolservis” ASC-də 2015-ci ilin yekunlarına və qarşıda duran vəzifələrin icrasına həsr olunan iclas keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azəryolservis” ASC-də 2015-ci ilin yekunlarına və qarşıda duran vəzifələrin icrasına həsr olunan iclas keçirilib – FOTO

12:20 - 04 / 02 / 2016
“Azəryolservis” ASC-də 2015-ci ilin yekunlarına və qarşıda duran vəzifələrin icrasına həsr olunan iclas keçirilib – FOTO

“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətində 2015-ci ilin yekunlarına və 2016-cı ildə qarşıda duran vəzifələrin icrasına həsr olunan iclas keçirilib.

1news.az-ın məlumatına görə, Cəmiyyətin sədri Saleh Məmmədov son bir il ərzində yol infrastrukturun müasirləşdirilməsi, hərtərəfli inkişafı üçün çox böyük işlər görüldüyünü və hazırda da bu işlərin uğurla davam etdirildiyini bildirib.

Bu istiqamətdə ölkə başçısı İlham Əliyev tərəfindən təsdiq olunan “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı” və “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqram”ları çərçivəsində “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən görülən işlər xüsusi əhəmiyyət kəsb edir.

Vurğulanıb ki, son illər sözügedən dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində irimiqyaslı layihələr həyata keçirilib, dünya standartlarına cavab verən yeni yollar çəkilib, yol ötürücüləri, körpülər, yeraltı və yerüstü piyada keçidləri tikilib. Bu çərçivədə kənd yollarının yenidənqurulması da xüsusi əhəmiyyət kəsb edir.

İclasda qeyd olunub ki, 2015-ci il ərzində 524,4 km uzunluğunda ümumi istifadədə olan yeni avtomobil yolları tikilib, yenidən qurulub, təmir olunub, 12 ədəd yeni avtomobil körpüsü tikilib, 2 ədədi  təmir edilib, 2 ədəd tunel və 7 ədəd piyada keçidi istismara verilib. O cümlədən, regionlar üzrə ümumi istifadədə olan 213,3 km respublika əhəmiyyətli, 167,5 km yerli əhəmiyyətli olmaqla 380,8 km uzunluğunda avtomobil yolu tikilib,  yenidən qurulub, təmir olunub.

Bakı şəhəri üzrə isə 144,1 km uzunluğunda avtomobil yolu, prospekt və küçə tikilib, yenidən qurulub, təmir olunub, 3 ədəd yol ötürücüsü, 2 ədəd tunel, 9 ədəd piyada keçidi istismara verilib. Bu dövr ərzində ümumilikdə 702,1 min ton asfalt-beton istehsal edilib, 38,6 min ton bitum və 2 508 tonmazut istifadə edilib.

Bundan başqa 2015-ci il ərzində 112,1 km təşkil edən 42 adda küçə və prospektdə  təqribən 440 min m2 sahədə əsaslı təmir və yenidənqurma işləri aparılıb. Göstərilən dövr ərzində Bakı şəhərinin 12 inzibati rayonu ərazisində 100 min m2- dən artıq sahədə çala təmiri işləri yerinə yetirilib.

Çıxışının sonunda S.Məmmədov Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda prezident İlham Əliyevin regionlarda nəzərdə tutulan bütün infrastruktur layihələrin icra edilməsinin, xüsusən də kənd yollarının tikintisinin sürətləndirilməsinin vacibliyi barədə səsləndirdiyi tövsiyyə və tapşırıqlarına əsasən 2016-cı ildə də genişmiqyaslı işlərin aparılacağını qeyd edib. Bununla bağlı olaraq Cəmiyyət sədri tərəfindən müvafiq idarə və şöbələrin rəhbərlərinə göstərişlər verilib.

Sonda “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətində uzunmüddətli, səmərəli əmək fəaliyyətini nəzərə alaraq bəzi əməkdaşlara mükafatlar təqdim edilib.

1news.az

 

Paylaş:
658

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər