Mətbuat Şurası bəzi saytlara xəbərdarlıq edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Mətbuat Şurası bəzi saytlara xəbərdarlıq edib

17:51 - 05 / 02 / 2016
Mətbuat Şurası bəzi saytlara xəbərdarlıq edib

Mətbuat Şurasının (MŞ) Şikayətlər üzrə Komissiyasının iclası keçirili

 

1news.az-ın məlumatına görə, Şura sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) rəhbəri Umud Rəhimoğlunun başçılıq etdiyi komissiya 4 sayt barədə məsələyə baxıb.

 

İlk olaraq, Yardımlı Rayon İcra Hakimiyyətinin “Bizimxeber.az” saytı ilə bağlı müraciəti müzakirə olunub. Komissiya rəyə gəlib ki, şikayət doğuran yazılarda balansın gözlənilməməsi, qarşı tərəfin mövqeyinə aydınlıq gətirilməməsi yazılarda digər etik pozuntulara da yol açıb: “Nəticədə rayon rəhbərinin ünvanına real faktlara, dəlil-sübutlara söykənməyən fikirlər yayımlanıb”.

 

Komissiya şərəf və ləyaqətin təhqirinə, ictimai nüfuzun ləkələnməsinə yönələn cəhdlərin yolverilməz olduğunu əsas götürərək bu kütləvi informasiya vasitəsinə həmin materialların saytdan çıxarılmasını, təkzib, yaxud qarşı tərəfin mövqeyinin ifadəsini tapdığı məktubunun təqdim olunmasını tövsiyə edib. Komissiya şikayət məktubunda da bir sıra yolverilməz ifadələrin yer almasını məqbul hal saymayıb.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının “Xeber.info” və “Arqument.az” saytları ilə bağlı müraciətinin müzakirəsi hər iki KİV-ə MŞ-nın xəbərdarlığının edilməsi ilə yekunlaşıb. Çıxarılan rəydə göstərilib ki, saytların bu il yanvarın 23-də yayımladığı eyni sərlövhəli və məzmunlu yazıda “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın əksər prinsip və bəndlərinin tələbləri pozulub.

 

Araşdırılma aparılmadan, balans gözlənilmədən təqdim olunan mətbu materialda qərəz, sifariş icrası aşkar nəzərə çarpdığından jurnalistikanın ali prinsipi sayılan həqiqətə xidmət arxa plana keçib. Bunun nəticəsində yazıda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına rəhbərlik edən şəxsin şərəf və ləyaqətinin təhqirinə, ictimai nüfuzunun ləkələnməsinə cəhdlər edilib. Saytların baş redaktorları iclasda səslənən iradlarla razılaşıblar. Komissiya şikayət səbəb olan materialların bu KİV-lərdən çıxarılmasını tövsiyə edib. Eyni zamanda bütün bunlar əsas götürülərək “Xeber.info” və “Arqument.az” saytlarına Mətbuat Şurasının xəbərdarlığı olunub.      

 

Komissiya Azərbaycan İnformasiya Agentliyi (“Aia.az” saytı) barədə də eyni ölçünü götürüb. Bu zaman nəzərə alınıb ki, saytın Abşeron Rayon Dövlət Arxivinə və onun rəhbərliyinə yanaşma tərzində, həmçinin təqdim etdiyi yazıda jurnalist imicinə xələl gətirən hallar mövcuddur: “Belə hərəkət isə xəbərdarlıq üçün əsas verir”.

 

1news.az

Paylaş:
598

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər