Çətin Nuhoğlu: “Azərbaycandan keçməklə Mərkəzi Asiyaya daha tez və sərfəli qiymətə çatmaq mümkündür” | 1news.az | Xəbərlər
İqtisadiyyat

Çətin Nuhoğlu: “Azərbaycandan keçməklə Mərkəzi Asiyaya daha tez və sərfəli qiymətə çatmaq mümkündür”

19:17 - 05 / 02 / 2016
Çətin Nuhoğlu: “Azərbaycandan keçməklə Mərkəzi Asiyaya daha tez və sərfəli qiymətə çatmaq mümkündür”

“Azərbaycan ərazisindən keçməklə Mərkəzi Asiyaya daha tez və sərfəli qiymətə çatmaq mümkündür”.

1news.az-ın Haberturk saytına istinadla verdiyi xəbərə görə, bu sözləri Türkiyənin Beynəlxalq Nəqliyyat Dərnəyi İdarə heyətinin başçısı Çətin Nuhoğlu deyib.

Ç.Nuhoğlu bildirib ki, artıq Mərkəzi Asiyaya Azərbaycandan keçməklə çıxış əldə edilib. Xəzər Dənizindən keçməklə Mərkəzi Asiyaya getmək türk daşıyıcılarının yol məsafəsini qısaldıb:

“Mərkəzi Asiyaya Xəzər dənizindən keçərək gedirik. Bu bizə malların daha tez çatdırılmasına yardım edir. Həmçinin çəkilən xərc əvvəl istifadə olunan daşıma xətti ilə eynidir. Bu yolun üstünlüyü ondadır ki, Azərbaycandan keçməklə mənzil başına tez çatırıq, eyni zamanda, tətbiq edilən yeni sistemdən sonra xərclərimiz daha da azalacaq”, - deyə Ç.Nuhoğlu vurğulayıb.

1news.az

Paylaş:
631

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər