Penitensiar xidmətin rəis müavini: “Qanun pozuntularına yol verən 18 əməkdaş ədliyyə orqanlarından xaric edilib” | 1news.az | Xəbərlər
Cəmiyyət

Penitensiar xidmətin rəis müavini: “Qanun pozuntularına yol verən 18 əməkdaş ədliyyə orqanlarından xaric edilib”

20:32 - 05 / 02 / 2016
Penitensiar xidmətin rəis müavini: “Qanun pozuntularına yol verən 18 əməkdaş ədliyyə orqanlarından xaric edilib”

“Pozuntulara yol verən 322 əməkdaş intizam məsuliyyətinə cəlb olunub, 18 əməkdaş tutduqları vəzifədən azad olunub, 18 əməkdaş isə ədliyyə orqanlarından xaric edilib”.

1news.az-ın verdiyi xəbərə görə, fevralın 5-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2015-ci ildəki fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş müşavirə keçirilib. Müşavirədə Penitensiar xidmətin rəhbərliyi, tabe qurumların rəis heyəti, eləcə də nazirliyin aidiyyəti qurum rəhbərləri iştirak ediblər.

Penitensiar xidmətin rəisi vəzifəsini icra edən ədliyyə general-mayoru Hüseyn Əlixanov qurumun 2015-ci ildəki fəaliyyətinin yekunlarına dair hesabat məruzəsi ilə çıxış edərək, fevralın 3-də ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədovun iştirakı ilə keçirilmiş geniş müşavirədə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üzrə müvafiq tədbirlər planına əsasən görülən kompleks işlər, Baş idarənin, tabe qurumların maddi-texniki bazasının inkişaf etdirilməsi, nizam-intizamın möhkəmləndirilməsi, təqsirləndirilən şəxslərin və məhkumların qanunvericiliklə genişləndirilmiş hüquqlarının təmin edilməsi, onların daimi yaşayış yerlərinə yaxın ərazilərdə yerləşdirilməsi, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə institutunun səmərəli fəaliyyətininin təmin edilməsi istiqamətində görülən işlər barədə məlumat verib.

Hesabat dövrü ərzində I Avropa Oyunlarının və 01 noyabr 2015-ci il tarixdə Milli Məclisə seçkilərin keçirilməsi ilə bağlı Xidmətin üzərinə düşən vəzifələrin operativ icrası təmin edilib. Dövlət başçısı tərəfindən 18 mart və 29 dekabr 2015-ci il tarixlərdə 311 məhkumun əfv edilməsi ilə bağlı sərəncamları vaxtında və dürüst icra edilib.

Həbs edilən şəxslərin və məhkumların qeydiyyat işinin təkmilləşdirilməsi məqsədi ilə “Vahid Elektron Baza və İdarəetmə sistemi”nin formalaşdırılması prosesi başa çatdırılaraq 25.12.2015-ci tarixdə təqdimatı keçirilib.

Müşavirədə cəzaçəkmə müəssisələri rəhbərlərinin çıxışları dinlənilib, qeyd olunub ki, görülən tədbirlər nəticəsində hesabat dövründə 326 mobil telefon, 242 qram müxtəlif narkotik maddələr, 128 litr spirtli içki hazırlanması məqsədi ilə istifadə olunan qıcqırdılmış maye aşkar edilərək götürülüb və həmin faktlar üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanlarına təqdim olunub.

Əməliyyat-axtarış tədbirləri nəticəsində 397 müxtəlif, o cümlədən əvvəllər törədilmiş bir sıra cinayətlərin üstünün açılmasına köməklik göstərilib.

Eyni zamanda, hesabat dövründə vəzifədən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma və digər korrupsiya elementlərinin yaranmasına zəmin olan səbəb və şəraitin aradan qaldırılmasına yönələn konkret tədbirlər görülüb. Pozuntulara yol verən 322 əməkdaş intizam məsuliyyətinə cəlb olunub, 18 əməkdaş tutduqları vəzifədən azad olunub, 18 əməkdaş isə ədliyyə orqanlarından xaric edilib.

Müşavirəyə yekun vuran ədliyyə general-mayoru Hüseyn Əlixanov mövcud nöqsan və pozuntulara toxunaraq, məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının daha etibarlı təmini, əməliyyat-axtarış və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, rejim və davranış qaydalarına dönmədən riayət olunması, qanunsuz əşyaların ötürülməsinin və dövriyyəsinin qarşısının alınması məqsədilə preventiv tədbirlərin, habelə nizam-intizamın gücləndirilməsi, İslah və tərbiyə işinin səmərəliliyinin artırılması, penitensiar müəssisələrdə istehsalat sahələrinin genişləndirilməsi və kadrlarla işin təkmilləşdirilməsi məqsədi ilə əlavə tədbirlərin müəyyənləşdirilməsi zəruriliyini diqqətə çatdırıb.

1news.az

Paylaş:
884

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər