Nazirlər Kabineti “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda dəyişiklik edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazirlər Kabineti “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda dəyişiklik edib

10:05 - 05 / 02 / 2016
Nazirlər Kabineti “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda dəyişiklik edib

Nazirlər Kabineti “Avtomobil nəqliyyatı ilə sərnişin və  baqaj daşınması Qaydaları”nda dəyişiklik edib.

1news.az-ın Nazirlər Kabinetinə istinadla verdiyi xəbərə görə, dəyişiklik sərnişin avtonəqliyyat vasitələrinə dair tələblərlə bağlıdır.

Qaydaya əsasən, indiyə qədər uzunluğu 150 km-dən çox olan şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlarda oturacaq yerlərinin sayı 23-dən az olan avtobuslarla müntəzəm sərnişin daşımalarının yerinə yetirilməsinə yol verilməyib.

Dəyişikliyə əsasən uzunluğu 150 km-dən çox olan şəhərlərarası (rayonlararası) marşurutlarla bağlı bu qadağa ləğv edilib. Başqa sözlə, artıq uzunluğu 150 km-dən çox olan şəhərlərarası (rayonlararası) marşrutlarda oturacaq yerlərinin sayı 23-dən az olan avtobuslarla müntəzəm sərnişin daşımalarının yerinə yetirilməsinə icazə veriləcək.

Uzunluğu 150 km-dən çox olan beynəlxalq marşrutlarda oturacaq yerlərinin sayı 23-dən az olan avtobuslarla müntəzəm sərnişin daşımalarının yerinə yetirilməsinə yol verilməməsi barədə qadağa isə yenə də qüvvədədir.

1news.az

Paylaş:
874

Son xəbərlər

Bütün xəbərlər