Bakı Metropoliteni yeni stansiyaların “Bənövşəyi xətt” adlandırılmasına aydınlıq gətirdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Metropoliteni yeni stansiyaların “Bənövşəyi xətt” adlandırılmasına aydınlıq gətirdi

10:42 - 05 / 02 / 2016
Bakı Metropoliteni yeni stansiyaların “Bənövşəyi xətt” adlandırılmasına aydınlıq gətirdi

Bakı Metropoliteni 2 yeni stansiyanın –“Memar Əcəmi-2” (“Cavadxan”) və “ Avtovağzal” stansiyalarının “Bənövşəyi xətt” adlandırılmasına açıqlama verdi.

1news.az- a Bakı Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin veridiyi məlumata görə, “Memar Əcəmi-2” və “Avtovağzal” stansiyaların işçi ( layihə) adıdır.

“Onların dəqiq adı Nazirlər kabineti tərəfindən açılışa yaxın müəyyənləşdiriləcək. Hələ ki, stansiyalar şərti olaraq “Memar Əcəmi-2” və “Avtovağzal” adlandırılır”, - N.Paşayev qeyd edib.

Xatırladaq ki, daha əvvəl Bakmetropoliten 2016-cı ildə açılışı nəzərdə tutulan “Cavadxan” və “Avtovağzal” xəttində neçə qatarın işləyəcəyini açıqlamışdı.

1news.az

Paylaş:
1054

Son xəbərlər

Bütün xəbərlər