Bakının mərkəzində böyük tıxac yarandı - FOTO
Şəhərdə bəzi yolların- Neftçilər prospekti, akademik Zərifə Əliyeva küçəsi, İstiqlaliyyət və Əziz Əliyev küçələrinin bağlanması Bakı şəhər mərkəzində böyük tıxacların yaranmasına səbəb olun. Bu xüsusən “28 May” və “Füzuli meydanı” (“Beşmərtəbə”) tərəfdə özünü göstərib.
1news.az-a Bakı Şəhər Baş Polis İdarəsi, Dövlət Yol Polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri polkovnik Vaqif Əsədovun verdiyi məlumata görə, sürücülər alternativ yollardan istifadə etməlidir. Bakı dairəvi yolu, Bakı-Ələt yolu, Badmdara 20-ci sahədən keçən yol, Bayıl qəs. Xanlar küçəsi, Mikayıl Hüseynov və Mehdi Hüseyn küçəsi, Parlamant prospekti, Yusif Səfərov, 28 May və Rəşid Behbudov küçələri alternativ yol ola bilər.
Ümumilikdə Dövlət Yol Polisi sürücülərə şəhər yollarındakı böyük tıxacları nəzərə alaraq şəxsi avtomobillərindən mümkün qədər az istifadə etməyi tövsiyyə edir.
1news.az