Ramil Usubov 10 rayonun sakinləri ilə görüşəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Ramil Usubov 10 rayonun sakinləri ilə görüşəcək

12:23 - 05 / 02 / 2016
Ramil Usubov 10 rayonun sakinləri ilə görüşəcək

Daxili işlər naziri Ramil Usubov fevral ayının 27-də saat 10:00-da Şirvan, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Cəbrayıl, İmişli, Zərdab və Saatlı şəhər, rayon sakinlərini Şirvan şəhər Polis Şöbəsində qəbul edəcək.

1news.az-ın məlumatına görə, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

1news.az

Paylaş:
621

Son xəbərlər

Bütün xəbərlər