Rövnəq Abdullayev: "Azərbaycanda yanacaq və neftin qiymətləri arasında heç bir bağlılıq yoxdur"
"Azərbaycanda yanacağın qiymətinin neftin dünya qiyməti ilə heç bir bağlılığı yoxdur".
"Report" xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev Bakı Biznes Mərkəzində gənc neftçilərlə görüşündə bildirib.
"Bizdə neftin qiymətini Tarif Şurası Azərbaycan iqtisadiyyatı və orta qiymətlər fonunda müəyyən edir. Azərbaycanda cəmi bircə dəfə daxili bazarda qiymət xarici bazardakından bir az yüksək olub. O da cəmi bir-iki ay davam edib. Hazırda Azərbaycanda neftin qiyməti 40 sentdir. Bu, ABŞ-dakı qiymətlərlə müqayisədə çox ucuzdur", - deyə SOCAR prezidenti bildirib.
1news.az
689