Dövlət Gömrük Komitəsində Apellyasiya Şurası yaradılıb
Dövlət Gömrük Komitəsində (DGK) komitə sədrinin müvafiq sərəncamı ilə Apellyasiya Şurası yaradılıb.
1news.az DGK-nın saytına istinadən məlumat verir ki, Apellyasiya Şurası Azərbaycan Prezidentinin fevralın3-də imzaladığı “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Fərmanına uyğun olaraq yaradılıb.
Sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə yaradılan Şuraya DGK sədrinin müavini, gömrük xidməti general-leytenantı Rza Həsənəliyev başçılıq edir. Yeddi nəfərdən ibarət olan Şuraya Komitənin strukturuna aid olan qurumların məsul şəxsləri daxil edilib.
1news.az