“Gəncəbank”ın əmanətçilərinə 268 min manat kompensasiya ödənilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Gəncəbank”ın əmanətçilərinə 268 min manat kompensasiya ödənilib

22:17 - 08 / 02 / 2016
“Gəncəbank”ın əmanətçilərinə 268 min manat kompensasiya ödənilib

30 iyul 2007 -ci ildən Fonda üzv olan “Gəncəbank”ASC-də 28 yanvar 2016-cı il tarixində sığorta hadisəsi baş verib.

1news.az Əmanətlərin Sığortalanması Fonduna istinadən xəbər verir ki, sığorta hadisəsi baş vermiş “Gəncəbank” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna  bugündən - 04 fevral 2016-cı il tarixindən etibarən başlanılıb.

Seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan qorunan əmanətçilərə 268 min manatdan artıq kompensasiya ödənilib.

1news.az

Paylaş:
854

Son xəbərlər

Bütün xəbərlər