Nazirlik kimsəsiz gənclər üçün toy təşkil edərək onları mənzillə də təmin etdi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazirlik kimsəsiz gənclər üçün toy təşkil edərək onları mənzillə də təmin etdi - FOTO

10:25 - 08 / 02 / 2016
Nazirlik kimsəsiz gənclər üçün toy təşkil edərək onları mənzillə də təmin etdi - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin "Məzun evi" Sosial Müəssisəsində mənzillə təmin olunan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş gənclərdən Nuranə Cabbarova ilə digər gənc Ənvər Pənahinin toy mərasimi təşkil edilib.

1news.az-ın verdiyi xəbərə görə, bu haqda nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Eyni zamanda məlumatda qeyd olunur ki, Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində və ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü əsasında dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum, kimsəsiz məzunları üçün Abşeron rayonunun Masazır qəsəbəsində inşa edilmiş 120 mənzilli yaşayış binası ötən ilin noyabrında bu təbəqədən olan gənclərin istifadəsinə verilib.

Nazirlər Kabinetinin müvafiq qərarı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin "Məzun evi" Sosial Müəssisəsi kimi fəaliyyət göstərən bu yaşayış binasına köçürülən hər bir məzuna lazımi məişət avadanlıqları ilə təmin olunmuş mənzil təqdim olunub. Gənclərdən 35 nəfəri elə müəssisənin özündə fəaliyyət göstərən kafedə, bərbərxanada, ticarət salonunda, stolüstü oyunlar və internet zallarında, camaşırxanada işlə təmin ediliblər.

Müəssisənin Nizamnaməsinə əsasən, orada yaşayan gənclər ailə qurduqları halda öz ailə üzvlərini (əri, arvadı, uşaqları) həmin yaşayış sahəsinə köçürmək hüquqları vardır və binada mənzillə təmin olunan gənclərdən 20 nəfəri buraya öz ailə üzvləri ilə birgə köçürülüb. Yeni qurulan ailə də nəzərə alınmaqla artıq buradakı gənc ailələrin sayı 21-ə çatır ki, onlardan 16 ailədə 12 uşaq vardır.

Nuranə Cabbarovanın ailə qurduğu Ənvər Pənahi də hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş, 18 yaşı tamam olduqdan sonra dövlət uşaq müəssisəsini tərk etmiş gənclərdən biridir. Bundan sonra o da həyat yoldaşı Nuranə Cabbarova ilə birgə "Məzun evi"ndə yaşayacaq.

Toy mərasimində iştirak edənlər hər iki gəncə xoş arzularını ifadə edib, sevinclərini bölüşüblər. Yeni ailə quran gənclər və "Məzun evi"nin digər sakinləri ürək sözlərini ifadə edərək, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş gənclərə daim yüksək diqqət və qayğı göstərdiklərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

1news.az

Paylaş:
606

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər