Bakıda güclü külək zamanı tikintidə işləyən fəhlə binadan yıxılaraq ölüb
Hadisə Bayıl qəsəbəsində, yeni inşa olunan binada qeydə alınıb.
1news.az xəbər verir ki, Səbail rayon Polis İdarəsindən verilən məlumata görə, tikintidə fəhlə işləyən, 1990-cı il təvəllüdlü Nicat Səhrad oğlu Mehdiyev binadan yıxılaraq ölüb.
İlkin məlumata görə, fəhlə güclü külək nəticəsində binadan yıxılıb.
Faktla bağlı Səbail Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizə qaydalarını pozma - ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
1news.az
765