Milli Məclisdə bələdiyyələrlə bağlı işçi qrup yaradılıb
Milli Məclisdə qanunvericilik səviyyəsində bələdiyyələrin qarşılaşdıqları problemlərin aradan qaldırılması ilə əlaqədar işçi qrup yaradılıb.
1news.az xəbər verir ki, bunu bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin Milli Məclisin Regional məsələlər komitəsində müzakirəsi zamanı komitənin sədri Arif Rəhimzadə bildirib.
İşçi qrupa Regional məsələlər komitəsinin üzvləri, Milli Məclis Aparatının şöbə müdiri Lətif Hüseynov, bir neçə bələdiyyə sədri daxil edilib. Qrupa millət vəkili Rüstəm Xəlilov rəhbərlik edəcək.
Qrup bələdiyyələrin qarşılaşdıqları problemlərin qanunvericilik səviyyəsində həllini araşdıracaq. Mövcud qanunvericiliyə əlavə və dəyişikliklərlə əlaqədar təkliflərlə çıxış edəcək.
1news.az