İntihar edən Nigar Vahabovanın bacısı:"Mən həyatımın mənasını itirmişəm"- FOTO-YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

İntihar edən Nigar Vahabovanın bacısı:"Mən həyatımın mənasını itirmişəm"- FOTO-YENİLƏNİB

19:15 - 11 / 02 / 2016
İntihar edən Nigar Vahabovanın bacısı:"Mən həyatımın mənasını itirmişəm"- FOTO-YENİLƏNİB

23 yaşlı Nigar Vahabovanın Bakı şəhəri Yasamal rayonunda özünü asaraq intiharı artıq bir neçə gündür ki KİV tərəfindən sevgi dramı, yaxud maddi problemlərdən çıxış yolu kimi qiymətləndirilir.

Bu yazıların əksəriyyətində gizlədilməsi mümkün olan bi cəhət var ki, o da mərhum xanıma qara yaxmaqdır, onun gözəl həyatı, faciəli ölümünə aid bir uydurma yaratmaqdır...

 Bu məsələyə aydınlıq gətirmək üçün  1news.az yenidən mərhumun bacısı, jurnalist, İctimai Televiziyanın əməkdaşı Aytac Vahabova ilə görüşüb.

İndi dəfn tədbirləri ilə məşğul olan A.Vahaboya özündə güc tapıb həmkarlarına -jurnalistlərə müraciət etdi.

"Əziz dostlar, həmkarlar! Bilirəm, siz xəbər axtarırsızın, bəs niyə sizi yazdığınız informasiyanın doğru olub- olmadığı maraqlandırmır? Xahiş edirəm ki, öz işinizə ciddi yanaşıb başqalarının hisslərinə qarşı həssas olasınız. Mənim dərdim böyükdür. Məm həyatımın mənasını- gözəl bacımı itirmişəm! Sizdən xahiş edirəm ağlınıza gələni yazmayasınız. Əvvəlcə mənim rəyimlə maraqlanın- o ən doğru fikir olacaq.

Yox əgər siz reytinq xatirinə bunu etsəniz, bilin ki, mən daha sərt ola bilərəm.  Çalışın ki, mən belə qəm, kədər arasında məhkəmə çəkişmələri ilə məşğul olmayım", - Aytac Vahabova bildirib.

1news.az mərhumun doğmaları və yaxınları başsağlığı verir.

10.02.2016 15.15

Bakının Yasamal rayonunda 23 yaşlı Nigar Vahabovanın intihar xəbəri bir sıra KİV-də “şokedici təfərrüatlarla” yayılmaqdadır.

Bu xəbərləri yayan bəzi müəlliflər mərhumun adına kölgə salaraq, onun bu dünyadan getmək istəyinə əsassız versiylar irəli sürüblər.

Lakin fakt faktlığında qalır ki, gənc, gözəl qız öz istəyilə həyatdan getdi, arxasından kədər və çoxlu cavabsız suallar buraxaraq.

KİV-də yayılan bəzi suallara aydınlıq gətirmək üçün 1news.az yenidən mərhumun bacısı – İctimai televiziyanın aparıcısı Aytac Vahabovayaüz tutdu. Bacısının ölüm facisəsini yaşayan aparıcı bizlərə bunları bildirdi:

“Bəzi saytlar bacımın ölümü haqda yalan və səhv xəbərlər yayıblar. Nigar getmək istədi və səsəbsiz olaraq da getdi. O, heç nə demədi. Yazırlar ki, guya onun maddi problemləri vardı. Hansı maddi problemlərdən söhbət gedə bilər ki, o, maşın almaq üçün girov qoymuş və ölümünə 3 gün qalmış universitetin təhsil haqqını ödəyib? Ailədə iki bacı və bir qardaşıq. Ailəmizdə hər kəs bir-birinə yardım etmək imkanına malikdir. Aydındır ki, baş verən, onun qisməti imiş...

Həmçinin onun heç bir sevdiyi şəxs olmayıb,Nigar yalnız karyera qurmaq haqda düşünürdü. Bir müddət o, “İki sahil” qəzetində, daha sonra isə xarici şirkətdə çalışıb.

Biz bütün günü əlaqə saxlayırdıq, yazışırdıq, danışırdıq, gülürdük. Hər şey çox yaxşı idi. Sadəcə olaraq son 2-3 saat danışmamışıq. Bacım həmişə telefonun harasa qoyurdu, sonra isə kimin zəng etdiyinə baxırdı. Ona görə düşündüm ki bacım zəngi eşitmir. Daha sonra Nigardan heç bir xəbər ala bilməyəndə narahat olnağa başladıq və evə gəldik. Lakin çox gec idi... Evdə Nigardan başqa heç kəs yox idi. Hamı işdə idi, balaca qardaşım da məktəbdə idi.

Nigar bu addımı atmaqla ya həddindən artıq cəsur, ya da ona qarşı deyilənlərə görə çox aciz idi ki, intihara əl atdı. Bacım çox həssas idi. Hətta o qədər həssas idi ki, kimsə kimisə incidəndə belə ağlayardı. Dava-dalaşdan qorxardı. Bəlkə də bu, intihara səbəb olub. Lakin başqa tərəfdən Nigar həmişə bizim yanımızda olub, onun heç kəslə münaqişəsi olmayıb.

Bizlərdən heç kim onun ölümü ilə bağlı heç nəyi anlamırıq. Sanki biz ümid edirik ki, Nigar diriləcək və yenidən bizə qayıdacaq...”

1news.az mərhumun qohum və yaxınlarına dərin başsağlığı verir. 

Allah rəhmət eləsin!

1news.az

09.02.2016 18:28

Bakının Yasamal rayonunda 23 yaşlı Nigar Vahabovanın həyatına qəsd etməsi çoxlarını sarsıtdı – gənc, gözəl bir qız öz istəyi ilə həyatdan getdi, özündən sonra isə acı, kədər və çoxlu suallar qoydu.

1news.az mərhumun bacısı, İctimai telekanalın əməkdaşı Aytac Vahabova ilə əlaqə saxlayıb.

“Biz hələ də buna inana bilmirik. Nə üçün belə etdiyini ancaq onun özü bilir. O bu dünyadan getmək istədi və getdi”- deyə, mərhumun acılar içində olan bacısı bildirib.

Qeyd edək ki, Nigar Vahabova Kooperasiya Universitetində təhsil alırdı. Universitetin əməkdaşı Mehman Qədirli olke.az-a bildirib ki, Nigar tərbiyəli və nümunəvi tələbələrdən olub.

“O maliyyə fakültəsinin 4-cü kursunda qiyabi təhsil alırdı. Nigarı birinci kursdan tanıyıram, hətta onun qeydiyyatdan keçməyə gəldiyi günü də xatırlayıram. Nigar davranışları, intellekti və xarici görünüşü ilə hər zaman seçilirdi. Həmişə onu əlində kitab tutmuş görürdük. Müəllimlər onu sevirdilər, çünki yaxşı oxuyurdu.

Bütün universitet baş verən hadisədən sarsılıb. İnsanların psixologiyası pozulub. Ola bilsin ailəsində nəsə baş verib... Nə baş verdiyini isə ancaq Allah və o özü bilir”- deyə, M.Qədirli bildirib. O Nigarın bir müddət “İki Sahil” qəzetində jurnalist kimi işlədiyini də söyləyib.

Maliyyə fakültəsinin dekanı Xanoğlan Hüseynov öz növbəsində bildirib ki, Nigar təhsil haqqını yenicə ödəmişdi.

“Fevralın 22-də onun imtahanı olmalı idi. Nigar səliqəli və tərbiyəli qız idi”- deyə, X.Hüseynov qeyd edib.

1news.az mərhumun vəfatı ilə əlaqədar onun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

09.02.2016 12:52

Bakının Yasamal rayonunda intihar hadisəsi baş verib – 23 yaşlı Nigar Vahabova özünü asıb.

İlkin məlumatlara görə, o, ölümündən qabaq məktub yazaraq bununla da öz hərəkətinə görə, üzr istəyib.

Bu haqda 1news.az-a Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

Məlumata görə, Yasamal rayon prokurorluğunda Cinayət Məcələsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, N.Vahabova İctimai televiziyanın aparıcısı Aytac Vahabovanın bacısıdır. 

Jurnalist özü Facebook sosial şəbəkəsində bacısı haqda emosional status yazıb:

“Bacım mənim, nəfəsim mənim! Həyatımın mənası! Nə üçün bizi tərk edərək getdin? Sənsiz necə yaşayım? Dərdimi kimə deyim, kim mənə kömək edə bilər? Sən mələk oldun və göylərə uçdun...”

1news.az

Paylaş:
10690

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər