Macarıstanın Debrecen universiteti Bakıda tələbələrlə görüş keçirəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Macarıstanın Debrecen universiteti Bakıda tələbələrlə görüş keçirəcək

12:37 - 09 / 02 / 2016
Macarıstanın Debrecen universiteti Bakıda tələbələrlə görüş keçirəcək

“British Educational Centre”nin təşkilatçılığı ilə 13 və 14 fevral tarixlərində Bakıda “Macarıstanda Təqaüdlü Təhsil Al!” adlı tədbir keçiriləcək.

1news.az-ın məlumatına görə, tədbir “Caspian Plaza”da (Ünvan: Bakı şəhəri, C.Cabbarlı küç 44)  3-cü Korpus 2-ci mərtəbədə Konfrans zalında  baş tutacaq.

Qeyd edək ki, Macarıstan hökuməti bu il 200 azərbaycanlı tələbənin həmin ölkənin dövlət universitetlərində təhsili üçün təqaüd ayırıb. Bu təqaüd proqramı çərçivəsində azərbaycanlı tələbələrin təhsil haqqı, yataqxanada yaşaması və illik tibbi sığorta haqqı tamamilə ödəniləcək və bundan əlavə olaraq tələbənin özünə 130 avro miqdarında aylıq təqaüd veriləcək.

Təqaüd verilən universitetlərdən biri də qədim tarixə malik və dünyaca tanınmış Debrecen universitetidir. Bu universitetin diplomu Azərbaycan hökuməti tərəfindən tanınır.

Tədbir zamanı bizim tələbələr birbaşa olaraq Debrecen universitetlərinin nümayəndələrinə (ingilis və rus dilində) sual verə biləcəklər. Universitetin nümayəndləri isə bu suallara ətraflı cavablar verərək kompüter mühəndisliyi, biznesin idarə edilməsi, tikinti və inşaat mühəndisliyi, səhiyyə elmləri, fizika və kimya mühəndisliyi, maşınqayırma, mexanika, elektrik mühəndisliyi və digər yüksək tələbatlı ixtisaslarda təqaüdlü təhsil almaq imkanları barədə azərbaycanlı tələbələrə  məlumat veriləcəklər.

Təqdimata giriş sərbəstdir. Maraqlananlar əvvəlcədən qeydiyyatdan keçməklə bu təqdimatda iştirak edə bilərlər. Qeydiyyatdan keçmək üçün bunları etmək lazımdır:

1) Tələbə öz xarici pasportunu və IELTS balını (TOEFL balını göndərmək də mümkündür)  [email protected] email ünvanına göndərir

2) E-mailin mətnində öz adını, soyadını yazır və mobil telefon nömrəsini qeyd edir

3) Tələbə e-mailin mətnində tədbirə hansı gün və saat neçədə gəlmək istədiyini mütləq qeyd etməlidir. Tələbə göstərilən vaxtlardan yalnız birini seçə bilər.

- 13 fevral saat 10:00

- 13 fevral saat 14:00

- 14 fevral saat 10:00

- 14 fevral saat 14:00

5) Tələbələrin əlavə olaraq nə sualı olarsa  (012) 555 13 30; (055) 280 90 09; (070) 280 90 09 nömrələri ilə əlaqə saxlaya bilərlər.

Tədbirə qeydiyyat üçün son tarix 12 fevral saat 12:00-dır.

Məlumat üçün bildirək ki, bu ali məktəbin 29000-ə yaxın tələbəsi var, bunlardan 3700-ü 80 ölkədən olan əcnəbi tələbələrdir. Bu göstəriciyə əsasən ali məktəb Macarıstanda əcnəbi tələbələrin sayına görə birinci yeri tutur.  İllik  17 milliyon avro tədqiqat və inkişaf (R&D) gəliri ilə Debrecen universiteti, Mərkəzi və Şərqi Avropanın ən sürətlə inkişaf edən bilik mərkəzlərindən biridir. Debrecen azərbaycanlı tələbələrin ən çox müraciət etdiyi və oxumağa can atdığı universitetlərdən biridir.

Qeyd edək ki, Macarıstan bir çox üstünlüklərə malik ölkədir. Belə ki, Avropa məkanında ən münasib təhsil və yaşayış xərcləri, daha az sənəd tələb edən və sadələşdirilmiş qəbul şərtləri, Nobel mükafatı qazanmış alimlər və ixtiraçılar yetişdirən ingilis dilli təhsil sistemi Macarıstanı digər ölkələrdən əsaslı şəkildə fərqləndirir.

1news.az

Paylaş:
1978

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər