Vergilər Nazirliyi Azərbaycanda yeni vergi güzəştlərinin tətbiqi məsələsinə aydınlıq gətirib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Vergilər Nazirliyi Azərbaycanda yeni vergi güzəştlərinin tətbiqi məsələsinə aydınlıq gətirib

17:52 - 10 / 02 / 2016
Vergilər Nazirliyi Azərbaycanda yeni vergi güzəştlərinin tətbiqi məsələsinə aydınlıq gətirib

Azərbaycan Vergilər Nazirliyi sahibkarlıq subyektləri üçün ölkənin yeni vergi güzəştlərinin tətbiqi münasibət bildirib.

1news.az-ın məlumatına görə, Bakıda “Azərbaycanda vergi sistemi: reallıqlar və perspektivlər” mövzusunda keçirilən V Vergi Forumu zamanı jurnalistlərin suallarını cavablandıran vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib ki, yaxın gələcəkdə ölkədə əlavə vergi güzəştlərinin tətbiqi gözlənilmir.

“Vergi güzəştləri dedikdə nə nəzərdə tutulur? Bu sahibkarlar üçün əlavə şəraitin yaradılmasıdır. Lakin son illər ərzində Azərbaycanda bu sahədə böyük işlər görülüb. Məsələn, kənd təsərrüfatı sahəsi demək olar ki vergidən azad olunub. 2 milyard manata yaxın vəsait fermerlərin ixtiyarında qalıb. Bu yaxınlarda isə buğdanın idxalı və satışı, buğda unu və çörəyin istehsalı və satışı ƏDV-dən azad olunub”,- S.Ələkbərov deyib.
 
Nazir müavini qeyd edib ki, vergi yükünün azaldılması mütəmadi həyata keçirilə bilməz. Bu yalnız uyğun şərait yarandıqda mümkündür.
“Əgər biz daimi olaraq vergi yükünü azaltsaq müəllimlərin, həkimlərin və büdcədən maliyyələşən digər təşkilatların əmək haqqı hansı vəsait hesabına veriləcək?”, - deyə nazir müavini bildirib.

1news.az

Paylaş:
700

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər