ABŞ Dövlət Departamentinə yaxın mənbə Rusiyanı AŞPA-da Dağlıq Qarabağ üzrə qətnamə ilə bağlı təxribatda günahlandırır | 1news.az | Xəbərlər
Siyasət

ABŞ Dövlət Departamentinə yaxın mənbə Rusiyanı AŞPA-da Dağlıq Qarabağ üzrə qətnamə ilə bağlı təxribatda günahlandırır

20:09 - 10 / 02 / 2016
ABŞ Dövlət Departamentinə yaxın mənbə Rusiyanı AŞPA-da Dağlıq Qarabağ üzrə qətnamə ilə bağlı təxribatda günahlandırır

ABŞ Dövlət Departamentinə yaxın dairələrdən əldə etdiyimiz məlumata əsasən, ABŞ tərəfi nə səfir Ceyms Uorlik, nə də ABŞ hökumətinin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar müzakirəyə çıxarılmış qətnamələrə qarşı fəaliyyət apardığını bildirib.

Bu haqda 1news.az-a ABŞ Dövlət Departamentinə yaxın mənbə bəyan edib. 

Bu qətnamələrə qarşı fəaliyyətin aparılması təşəbbüsünün Rusiya xarici işlər naziri Serqey Lavrovdan irəli gəldiyini təkrarən iddia edən Vaşinqtondakı diplomatik mənbə Dövlət Departamenti rəsmisi olaraq Ceyms Uorlikin sadacə bu təşəbbüsü digər həmsədrlər kimi dəstəklədiyini deyib. Həmçinin adının çəkilməsini istəməyən ABŞ-dakı bu diplomatik mənbə konqresmen Adam Şiffin dediyinin əksinə olaraq, Viktoria Nulandın bu qətnamədən ümumiyyətlə xəbərsiz olduğu bildiriib.

Bildiririk ki, ABŞ Konqresinin nümayəndələr palatasının Kəşfiyyat Komitəsindəki demokratik azlığın rəhbəri Adam Şiff bu ilin 5 fevral tarixində yerli erməni mətbu orqanı olan “Asbarez”in redaktoru Ara Xaçaturyana verdiyi müsahibə zamanı ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nulandın birbaşa olaraq sözügedən qətnamələrin qarşısının alınması istiqamətində fəaliyyət göstərdiyini deyib.

Xatırladaq ki, hələ 6 noyabr 2015-ci il tarixində həmsədr Ceyms Uorlik özünün Twitter sosial şəbəkəsindəki mikrobloqu vasitəsilə AŞPA və digər beynəlxalq təşkilatların Dağlıq Qarabağla bağlı hesabat və qətnamələr qəbul etməzdən öncə ATƏT-in Minsk qrupu həmsədrləri ilə məsləhətləşməli olduqları barədə bəyanat verib.

İndi isə ABŞ diplomatik mənbələr vasitəsilə bu işin arxasında Rusiyanın olduğu bildirir. 

Bu top-top və məsuliyyəti digərinin üzərinə atmaq oyununun arxasında görən nə gizlənir? Yəqin ki, həmsədrlər Azərbaycanın bu məsələdə bu dərəcədə kəskin münasibət göstərəcəyini gözləmirdirlər. Azərbaycanın qəti və kəskin mövqeyindən sonra məsuliyyəti öz üzərlərindən atmaq üçün müxtəlif yollarla biri ABŞ-ın, digəri isə Rusiyanın bu işin arxasında durduğunu iddia edirlər. İstisna deyil ki, elə hər üç həmsədr ölkə birlikdə bu qətnaməyə qarşı fəaliyyət aparmış və birgə səylərlə də onun qəbul edilməməsinə nail olmuşlar. Əgər bu üç ölkənin birgə səyləri cəmi 70 səsə çatıbsa və qətnamə dörd səs fərqi ilə qəbul olunmayıbsa, bu Azərbaycanın Avropa diplomatik məkanında peşəkar siyasət yürütmək qabiliyyətinə dəlalət edir. Hələ bura erməni diaspora və lobbi dairələrini, eyni zamanda Ermənistanı da əlavə etsək mənzərə daha da mürəkkəbləşir.

Azərbaycan diplomatiyası bu mürəkkəb və eybəcər oyunda baş çıxarırsa və ölkəmizin maraqlarını bu super güclərin ziddiyyətli və toqquşan maraqlarının fonunda qoruya bilirsə, vallah halal olsun! Necə deyərlər, heç də hər ölkə milli maraqları əsasında müstəqil xarici siyasət aparmaq iqtidarında deyil. 

Xatırladaq ki, yanvarın 26-da AŞPA-nın qış sessiyasının əsas mövzusuna Dağlıq Qarabağla bağlı iki qətnamənin qəbulu səsverməyə qoyulmuşdu.

Bu qətnamələrdən biri Robert Volterin hazırladığı “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması”, digəri isə Militsa Markoviçin hazırladığı Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdlə içməli sudan məhrum edilməsi” layihələridir.

Hər iki sənəddə Ermənistan işğalçı ölkə kimi göstərilib.

 1news.az

Paylaş:
1134

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər