ASCO gəmiləri ilə maye və quru yük daşımalarında 17 faiz artım qeydə alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

ASCO gəmiləri ilə maye və quru yük daşımalarında 17 faiz artım qeydə alınıb

Qafar Ağayev16:13 - Bu gün
ASCO gəmiləri ilə maye və quru yük daşımalarında 17 faiz artım qeydə alınıb

AZCON Holding şirkətlərindən olan ASCO-nun tanker və universal quru yük gəmiləri ilə 2025-ci ilin yanvar–oktyabr aylarında ümumilikdə 4 milyon 838 min 499 ton yük daşınıb.

ASCO-dan 1news.az-a verilən məlumata görə, daşımaların 3 milyon 714 min 677 tonu tanker gəmiləri, 1 milyon 123 min 822 tonu isə universal quru yük gəmiləri ilə həyata keçirilib.

Ötən ilin eyni dövründə bu göstəricilər müvafiq olaraq 3 milyon 410 min 939 ton və 724 min 627 ton təşkil etmişdi. Beləliklə, maye yük daşımalarında 8,9 faiz, quru yük daşımalarında isə 55,1 faiz artım qeydə alınıb.

Ümumilikdə, ASCO-nun maye və quru yük daşımalarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 17 faiz artıb.

Paylaş:
63

Son xəbərlər

Bütün xəbərlər